AnalitikaGündəmSiyasət

4 oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycanın müasir tarixinə Zəfər və milli qürur günü kimi həkk olunmuşdur

2020-ci il oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ Müharibəsi (Vətən Müharibəsi) gedişində Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini Ermənistanın 27 illik işğalından azad etdi. Cəbrayıl 44 günlük müharibə dövründə işğaldan azad edilən ilk rayon mərkəzi oldu.

Cəbrayılın azad olunması hərbi əməliyyatların gedişində dönüş nöqtəsi yaradaraq cənub cəbhəsində strateji üstünlüyün Azərbaycan Ordusunun əlinə keçməsini təmin etdi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Bu çərçivədə Cəbrayıl şəhərinin azad edildiyi 4 oktyabr tarixi rəsmi olaraq Cəbrayıl Şəhəri Günü elan olundu.

Cəbrayılın azad edilməsi Ordunun döyüş ruhunu artırdı, Zəngilan, Qubadlı və Laçın istiqamətində uğurlu hücum əməliyyatlarına yol açdı.

Postmüharibə dövründə Cəbrayılda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı salındı, yeni infrastrukturlar, yaşayış kompleksləri tikildi və “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşdırıldı.

Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button