AnalitikaGündəmSiyasət

Sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem-gələcəyimizdir

2026-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən “Azərbaycan Beynəlxalq investisiyaForumu” çərçivəsində tədbir təşkil olunub.

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin əsas mesajı Azərbaycanın xarici investorlar üçün sabit, etibarlı və uzun müddətli tərəfdaş kimi mövqeyini gücləndirmək və iqtisadiyyatın neft qazdan kənar sahələrini inkişaf etdirmək olub.

Prezident bildirib ki, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb olunub və bunun təxminən yarısı xarici investisiyadır.

Gələcək iqtisadi artımın əsas istiqamətlərindən biri neft qazdan asılılığın azaldılması, emal sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal texnologiyalar və digər sahələrin inkişafıdır.

2025-ci ildə qeyri neft sektorunun ÜDM-də payının 72%-ə çatdığı qeyd olunub.

Bərpa olunan enerji, xüsusilə külək və günəş enerjisi Azərbaycanın əsas gələcək investisiya istiqamətlərindən biri kimi göstərilib.

Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının olduğu vurğulanıb.

Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub marşurtlarının kəsişməsində yerləşməsi və Orta Dəhlizin inkişafı ölkənin mühüm tranzit və logistika mərkəzinə çevrilmək baxımından önə çəkilib.

Sabitlik, proqnozlaşdırılan vergi sistemi müasir infrastruktur dövlət-özəl tərəfdaşlığı və investisiyaların qorunması əsas amillər kimi təqdim olunub. Prezident yalnız maliyyə kapitalının deyil, yeni texnologiyaların innovasiyaların beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin də vacib olduğunu vurğulayıb.

Cənubi Qafqazda sülh və sabitliyin nəqliyyat, ticarət və investisiya imkanlarını genişləndirə biləcəyi qeyd olunub.

Prezidentin mesajı ondan ibarət olub ki, Azərbaycan sabit və proqnozlaşdırılan investisiya mühiti yaratmaqla xarici kapitalı, texnologiyanı və təcrübəni cəlb etmək, qeyri neft iqtisadiyyatını yaşıl enerjisini və nəqliyyat-logistika imkanlarını inkişaf etdirmək istəyir.

Forum Azərbaycanın iqtisadi potensialının dünyaya təqdim edilməsi ilə yanaşı ölkəyə kapital, müasir texnologiya və yeni tərəfdaşlıqların cəlb edilməsinə , iqtisadiyyatın şaxələndirilməsinə və dövlətin gələcək inkişafının daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir.

Prezidentimizin qeyd etdiyi kimi sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasa bu gün gələcəkdən danışmaq çətin olardı.

Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

 

Oxşar Xəbərlər

Back to top button