AnalitikaGündəmSiyasət

3 Oktyabr – Azərbaycan tarixində yeni mərhələ

3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixində mühüm hadisələrdən biri kimi yadda qalıb. Həmin gün keçirilən prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

1993-cü ilin mürəkkəb siyasi və iqtisadi şəraitində Azərbaycanın qarşısında ciddi problemlər dayanırdı. Ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması əsas vəzifələr sırasında idi.

Heydər Əliyevin prezident seçilməsindən sonra dövlət quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi islahatların aparılması və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi bu dövrün əsas istiqamətlərindən oldu.

3 Oktyabr bu baxımdan yalnız seçki tarixi deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi inkişafında yeni siyasi mərhələnin başlanğıcı kimi əhəmiyyət daşıyır.

Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button