
3 oktyabr 1993-cü il seçkiləri Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevrilməsi və iqtisadi müstəqilliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Siyasi sabitliyin olmadığı bir məkanda hər hansı iqtisadi islahatdan və ya xarici sərmayədən söhbət gedə bilməzdı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə hüquqi və siyasi təminat mühiti yaradıldı ki, bu da xarici investorların Azərbaycana olan inamını sürətlə bərpa etdi. Seçkilərdən dərhal sonra həyata keçirilən məqsədyönlü xarici siyasət və iqtisadi kurs nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və ölkənin neft strategiyasının təməli qoyuldu. 3 Oktyabr seçkilərinin yaratdığı sabitlik fəlsəfəsi növbəti illərdə ordunun möhkəmlənməsinə, dövlət aparatının peşəkar əsaslarla qurulmasına və Azərbaycanın regionun lider dövlətinə çevrilməsinə zəmin yaratdı.
Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri



