
26 sentyabr 2026-cı ildə Bakıda II AzərbaycanBeynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmışdünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantıvə investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirkeçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənabİlham Əliyev tədbirdə iştirak edərək Azərbaycanın iqtisadiinkişaf perspektivləri, investisiya imkanları, enerji siyasəti, nəqliyyat-logistika potensialı və regional əməkdaşlıqməsələləri ilə bağlı fikirlərini ifadə edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, sonillərdə həyata keçirilən iqtisadi və infrastruktur layihələriAzərbaycanın gələcək inkişafı üçün möhkəm zəminyaradıb. Ölkədə sabit iqtisadiyyatın və müstəqil maliyyəsisteminin formalaşdırılması xarici investorlarınAzərbaycana marağının artmasına şərait yaradıb. Dövlətbaşçısının sözlərinə görə, son 20 il ərzində Azərbaycana350 milyard ABŞ dollarından çox investisiya cəlb olunubvə bunun təxminən yarısı birbaşa xarici investisiyalarınpayına düşüb. Çıxışda iqtisadiyyatın şaxələndirilməsi vəqeyri-neft sektorunun inkişafının əsas prioritetlərdən biriolduğu vurğulanıb. Prezident xüsusilə bərpaolunan enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsaltexnologiyalar və digər sahələrdə böyük potensialınmövcud olduğunu diqqətə çatdırıb. Bərpaolunan enerjisahəsində Azərbaycanın geniş imkanlara malik olduğu vəqarşıdakı illərdə bu istiqamətin inkişaf etdiriləcəyibildirilib.
Cənab Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəyerləşməsini ölkənin mühüm strateji üstünlüklərindən birikimi qeyd edib. Dəmir yollarına, limanlara, avtomobilyollarına və digər infrastruktur layihələrinə yatırılaninvestisiyaların Azərbaycanın tranzit və logistikaimkanlarını genişləndirdiyi vurğulanıb. Bu baxımdanAzərbaycan regional və qlobal təchizat zəncirlərindəmühüm bağlantı məkanı kimi çıxış edir. Dövlət başçısıenerji sektorunun da Azərbaycan iqtisadiyyatındaəhəmiyyətli rolunu qoruyacağını bildirib. Neft-qazsahəsində yeni layihələrin həyata keçirilməsi ilə yanaşı, yaşıl enerjinin inkişafına və enerji ixracınınşaxələndirilməsinə xüsusi diqqət yetirildiyi qeyd olunub. Azərbaycanın Avropa və digər tərəfdaşları üçün etibarlıenerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndirilməsininvacibliyi vurğulanıb.
Çıxışda Azərbaycanın investisiya mühitinin əsasüstünlükləri sırasında siyasi və iqtisadi sabitlik, əlverişlibiznes mühiti, proqnozlaşdırılan vergi sistemi, güclümaliyyə imkanları və aşağı dövlət borcu qeyd edilib. Prezident investorlar üçün yalnız maliyyə kapitalının deyil, həmçinin müasir texnologiyaların, ekspertizanın, innovasiyaların və yeni bazarlara çıxış imkanlarının damühüm əhəmiyyət daşıdığını bildirib. CənabPrezidentİlham Əliyev Azərbaycanın gələcək inkişafında xariciinvestorlarla uzunmüddətli və qarşılıqlı faydalıtərəfdaşlığın mühüm rol oynayacağını vurğulayıb. Bubaxımdan II Azərbaycan Beynəlxalq İnvestisiyaForumunun Azərbaycan iqtisadiyyatının investisiyaimkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdimedilməsi və yeni əməkdaşlıq layihələrininformalaşdırılması baxımından əhəmiyyətli platformaolduğu qeyd edilib. Ümumilikdə, Cənab Prezident İlhamƏliyevin çıxışında Azərbaycanın əsas məqsədinin dayanıqlıiqtisadi artımı təmin etmək, qeyri-neft sektorunugenişləndirmək, investisiya mühitini daha datəkmilləşdirmək, nəqliyyat-logistika və enerjiimkanlarından səmərəli istifadə etmək, həmçinin ölkəninregional və qlobal iqtisadi əlaqələrdə rolunu gücləndirməkolduğu diqqətə çatdırılıb.
Sidiqə Qasımova,
YAP Yasamal rayon təşkilatının fəal gənci



