
Müasir dünyada iqtisadi inkişafı yalnız istehsal olunan məhsulların həcmi və ya təbii resursların zənginliyi ilə ölçmək mümkün deyil. Ölkənin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq ticarət dövriyyəsində iştirakı və müxtəlif bazarlar arasında əlaqələndirici mövqedə çıxış etməsi üçün güclü nəqliyyat infrastrukturu da zəruri şərtlərdən biridir. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi imkanlarının artırılmasında və tranzit potensialının reallaşdırılmasında mühüm rol oynayır.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri coğrafi mövqeyinin yaratdığı üstünlükləri real iqtisadi imkanlara çevirmək olub. Ölkəmiz Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi mühüm coğrafi məkanda yerləşir. Lakin əlverişli coğrafi mövqe öz-özlüyündə tranzit mərkəzi olmaq üçün kifayət etmir. Bu mövqedən səmərəli istifadə etmək üçün müasir yollar, dəmir yolları, limanlar, hava yükdaşıma imkanları, logistika infrastrukturu və bütün bu elementləri bir-birinə bağlayan çevik nəqliyyat sistemi tələb olunur.Məhz buna görə də Azərbaycanda uzun illər ərzində nəqliyyat infrastrukturunun yenilənməsinə böyük diqqət göstərilib. Dəmir yollarının modernləşdirilməsi, avtomobil yollarının yenidən qurulması, dəniz limanlarının inkişaf etdirilməsi və hava yolu ilə yükdaşıma imkanlarının artırılması ölkənin tranzit strategiyasının mühüm istiqamətlərini təşkil edib. Bu layihələr ayrı-ayrılıqda mühüm əhəmiyyət daşısa da, onların əsas üstünlüyü vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərməsindədir.
Prezident İlham Əliyevin çıxışında da qeyd edildiyi kimi, Azərbaycan ilk növbədə öz “ev tapşırığını” yerinə yetirməli, yəni ölkə daxilində müasir fiziki infrastruktur yaratmalı idi. Bu yanaşmanın mahiyyəti ondan ibarət idi ki, beynəlxalq yük axınlarını ölkə ərazisinə cəlb etməzdən əvvəl onların rahat, sürətli və təhlükəsiz hərəkəti üçün lazımi şərait formalaşdırılmalı idi. Son illərdə görülən işlər məhz bu məqsədə xidmət edib.
Dəmir yolu infrastrukturu bu sistemin mühümelementlərindən biridir. Dəmir yollarının modernləşdirilməsi və elektrikləşdirilməsi yük və sərnişin daşımalarının daha səmərəli təşkilinə imkan yaradır. Azərbaycanın dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və bu prosesin davam etdirilməsi dəmir yolu sisteminin texniki imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlardan biridir. Ölkə daxilində dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, qonşu dövlətlərlə mövcud bağlantılar Azərbaycanın regional nəqliyyat şəbəkəsindəki rolunu gücləndirir.
Nəqliyyat dəhlizlərinin effektiv fəaliyyəti üçün yalnız bir nəqliyyat növünün inkişafı kifayət etmir. Müasir logistikanın əsas xüsusiyyətlərindən biri müxtəlif nəqliyyat vasitələrinin vahid zəncir daxilində birləşdirilməsidir. Dəmir yolu, avtomobil nəqliyyatı, dəniz daşımaları və hava yükdaşıması arasında əlaqənin qurulması multimodal daşımaların inkişafına imkan verir. Azərbaycan da öz nəqliyyat siyasətində bu imkanlardan istifadə etməyə çalışır.
Dəniz nəqliyyatı ölkənin tranzit imkanlarının genişləndirilməsində ayrıca əhəmiyyət daşıyır. Xəzər dənizində yerləşən Azərbaycan üçün liman infrastrukturu beynəlxalq yük marşrutlarının formalaşmasında mühüm rol oynayır. Dəniz daşımalarının dəmir yolu və avtomobil yolları ilə əlaqələndirilməsi isə yüklərin bir marşrutun müxtəlif hissələrində fərqli nəqliyyat vasitələri ilə daşınmasına şərait yaradır. Belə bir sistem yük sahibinə daha çevik seçim imkanları təqdim edir.
Azərbaycanın hava yolu ilə yükdaşıma imkanlarının inkişaf etdirilməsi də nəqliyyat sisteminin şaxələndirilməsinə xidmət edir. Müxtəlif yük növlərinin təyinat yerinə çatdırılmasında sürət mühüm amilə çevrildikdə hava nəqliyyatı xüsusi əhəmiyyət qazanır. Bu istiqamətdə yaradılan imkanlar Azərbaycanın logistika sistemini yalnız quru və dəniz marşrutları ilə məhdudlaşdırmamağa şərait yaradır.
Avtomobil yollarının inkişafı isə bütün bu nəqliyyat elementlərini birləşdirən mühüm halqadır. Dəmir yolu stansiyalarının, limanların, logistika mərkəzlərinin, istehsal müəssisələrinin və digər obyektlərin bir-biri ilə əlaqələndirilməsi üçün keyfiyyətli avtomobil yollarına ehtiyac var. Bu baxımdan ölkə ərazisində yol infrastrukturuna yatırılan sərmayələr yalnız daxili nəqliyyatın yaxşılaşdırılması deyil, həm də beynəlxalq yük daşımalarının səmərəli təşkili baxımından əhəmiyyətlidir.
Tranzit ölkəyə çevrilmək üçün infrastruktur qədər mühüm olan digər məsələ regional əməkdaşlıqdır. Beynəlxalq yük marşrutları bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Yük bir ölkədən digərinə keçərkən bir neçə dövlətin ərazisindən istifadə edə bilər. Buna görə də nəqliyyat dəhlizlərinin davamlı fəaliyyəti üçün qonşu ölkələrlə qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.
Azərbaycanın regional nəqliyyat siyasətində bu amil də nəzərə alınır. Ölkənin qonşularla nəqliyyat əlaqələrinin mövcud olması yüklərin müxtəlif istiqamətlərə daşınmasına imkan verir. Eyni zamanda Azərbaycanı əhatə edən coğrafiyada baş verən iqtisadi və geosiyasi dəyişikliklər nəqliyyat marşrutlarına olan tələbatı da dəyişdirir. Belə bir şəraitdə sabit və proqnozlaşdırıla bilən əməkdaşlıq mühiti tranzit marşrutlarının fəaliyyətinə əlavə imkanlar yaradır.
Azərbaycanın nəqliyyat imkanlarının üstün cəhətlərindən biri də onun müxtəlif istiqamətlərə çıxış əldə etməsidir. Ölkə ərazisindən keçən marşrutlar Xəzər üzərindən Orta Asiya istiqamətinə, Qərbə doğru Cənubi Qafqaz və Avropa bazarlarına, cənub istiqamətində isə digər regionlara çıxış imkanları yaradır. Bu coğrafi bağlantılar Azərbaycanın tranzit potensialının genişliyini göstərir.
Lakin beynəlxalq yük axınlarını cəlb etmək üçün yalnız yol və dəmir yolu qurmaq kifayət deyil. Daşıyıcıların və təchizatçıların Azərbaycan ərazisindən istifadə etməsində iqtisadi və inzibati şərtlər də mühüm rol oynayır. Buna görə də nəqliyyat infrastrukturu ilə yanaşı, sahibkarlar və logistika şirkətləri üçün əlverişli mühitin formalaşdırılması da vacib istiqamətə çevrilib.
Təchizat zəncirlərinin dəyişdiyi bir dövrdə bu məsələ daha da aktuallaşıb. Dünyanın müxtəlif bölgələrində baş verən hadisələr ənənəvi yük marşrutlarının fəaliyyətinə təsir göstərə bilir. Belə şəraitdə alternativ və çevik nəqliyyat yollarına ehtiyac artır. Azərbaycanın əvvəlcədən infrastruktur və logistika imkanlarını inkişaf etdirməsi ölkənin mövcud dəyişikliklər fonunda öz tranzit potensialını daha fəal şəkildə təqdim etməsinə imkan yaradır.
Multimodal daşımalar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yükün bir məntəqədən digərinə çatdırılması zamanı dəmir yolundan, avtomobil nəqliyyatından və dəniz daşımalarından ardıcıl istifadə edilməsi logistika prosesinin çevikliyini artırır. Azərbaycanın Xəzər dənizi üzərindən bərələrdən istifadə etməsi də bu sistemin mühüm elementlərindən biridir. Beləliklə, ölkə ərazisindən keçən yük axınının yalnız bir nəqliyyat vasitəsindən asılılığı azalır və müxtəlif marşrut imkanları yaranır.
Bu model Azərbaycanın beynəlxalq logistika xəritəsindəki rolunu daha da genişləndirə bilər. Çünki müasir təchizat zəncirində əsas meyarlardan biri yalnız məsafənin qısa olması deyil, həm də marşrutun etibarlı, çevik və davamlı fəaliyyət göstərə bilməsidir. Yük sahibləri üçün daşınmanın müxtəlif mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın nəqliyyat infrastrukturu da məhz belə çoxkomponentli sistemin formalaşdırılmasına yönəlir.
Nəqliyyat infrastrukturu ölkənin daxili iqtisadi inkişafına da birbaşa təsir göstərir. Yeni yolların çəkilməsi, dəmir yolu xətlərinin yenilənməsi, logistika imkanlarının genişləndirilməsi regionların iqtisadi fəallığının artmasına şərait yaradır. Müəssisələrin bazarlara çıxışı asanlaşır, məhsulların daşınması sürətlənir və müxtəlif iqtisadi fəaliyyət sahələri arasında əlaqələr genişlənir.
Tranzit imkanlarının artması xidmət sektorunun inkişafına da əlavə stimul verə bilər. Yük maşınlarına, dəmir yolu daşımalarına, liman xidmətlərinə, anbarlara, logistika mərkəzlərinə və digər xidmətlərə tələbat yüksəldikcə bu sahələrdə yeni biznes imkanları yaranır. Beləliklə, nəqliyyat infrastrukturu yalnız yükün bir ərazidən digərinə daşınmasına xidmət edən texniki sistem deyil, eyni zamanda iqtisadi fəallığın formalaşmasına təsir edən mühüm amildir.
Azərbaycanın tranzit potensialının inkişafında regional və beynəlxalq tərəfdaşlıq da mühüm yer tutur. Ölkənin müxtəlif dövlətlərlə nəqliyyat və logistika sahəsində əməkdaşlıq etməsi marşrutların daha geniş coğrafiyaya bağlanmasına imkan verir. Bu əlaqələrin davamlılığı isə Azərbaycanın tranzit imkanlarının uzunmüddətli perspektivdə inkişaf etdirilməsi üçün əlavə zəmin yaradır.
Bütün bunlar göstərir ki, nəqliyyat infrastrukturu istiqamətində görülən işlər bir-birindən ayrı layihələr toplusu kimi deyil, vahid iqtisadi strategiyanın elementləri kimi nəzərdən keçirilə bilər. Dəmir yolları, avtomobil magistralları, dəniz limanları, hava yükdaşıması və logistika infrastrukturu bir-birini tamamladıqda Azərbaycanın coğrafi mövqeyi daha böyük iqtisadi dəyərə çevrilə bilər.
Bu gün qlobal ticarət marşrutlarında çeviklik və alternativlik getdikcə daha çox əhəmiyyət qazanır. Təchizat zəncirlərinin sabitliyi üçün müxtəlif marşrutların mövcudluğu şirkətlərə risklərini azaltmaq və daşımaları daha çevik planlaşdırmaq imkanı verir. Azərbaycanın yerləşdiyi coğrafiya və yaradılmış nəqliyyat infrastrukturu ölkəyə bu proseslərdə öz imkanlarını təqdim etmək üçün geniş platforma yaradır.
Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri yaradılmış infrastrukturun səmərəli istifadəsini daha da artırmaq, tranzit yük axınlarının həcmini genişləndirmək və logistika xidmətlərinin keyfiyyətini yüksəltməkdir. Bunun üçün həm fiziki infrastrukturun inkişafının davam etdirilməsi, həm də inzibati prosedurların çevikləşdirilməsi və biznes üçün əlverişli şəraitin qorunması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın nəqliyyat siyasətində həyata keçirilən layihələr ölkənin regional əlaqələrinin güclənməsinə, iqtisadi potensialının genişlənməsinə və beynəlxalq ticarət marşrutlarında iştirakının artmasına şərait yaradır. Vaxtilə qarşıya qoyulan məqsəd yalnız yollar və dəmir yolları qurmaq deyildi; əsas hədəf Azərbaycanın əlverişli coğrafi mövqeyini işlək, müasir və rəqabətqabiliyyətli logistika imkanına çevirmək idi.
Bu gün formalaşdırılmış nəqliyyat sistemi həmin məqsədin reallaşdırılması üçün mühüm baza yaradır. Azərbaycanın dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatını bir araya gətirən imkanları ölkənin beynəlxalq yükdaşımalar üçün əhəmiyyətli bağlantı məkanına çevrilməsi istiqamətində yeni perspektivlər açır. Əsas məsələ isə bu imkanlardan ardıcıl və səmərəli istifadə etməklə ölkənin tranzit və logistika potensialını daha da genişləndirməkdir.
Salmanov Elşən ,
YAP Xətai rayon təşkilatının Mehdi Mehdizadə küçəsi 46 ərazi Partiya təşkilatınn sədri, “Məişət Maye Qaz” QSC, Məişət Maye Qaz Qapalı Səhmdar Cəmiyyətinin direktor müavini



