AnalitikaGündəmSiyasət

Ölkəmizdə investisiyalar üçün inkişafyönümlü şəffaf mühit formalaşıb

Hansı ölkədə investisiya mühiti mükəmməl və şəffafdırsa, o cümlədən, siyasi sabitlik mövcuddursa həmin ölkənin iqtisadi inkişafı mütləqdir. Ötən həftə paytaxtımızda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxış edən  Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dedi: «Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir. Bu, Azərbaycanda artıq 30 ildən çox hökm sürür».  Ölkəmizin başçısının bu fikirlərinin təməl prinsipində  yalnız siyasi qiymətləndirmə deyil, üç onillik ərzində formalaşmış iqtisadi və institusional təcrübə dayanır. Azərbaycanın müstəqillik tarixinin mühüm hissəsində siyasi sabitliyin qorunması ölkənin iqtisadi strategiyasının ardıcıl həyata keçirilməsinə, iri infrastruktur və enerji layihələrinin reallaşdırılmasına, xarici kapitalın cəlbinə və iqtisadiyyatın mərhələli şəkildə şaxələndirilməsinə imkan yaradıb.

Bu, bir reallıqdır ki, investor üçün kapital qoyuluşunun əsas şərtlərindən biri proqnozlaşdırıla bilən şəffaf mühitdir. Şirkət uzunmüddətli layihəyə vəsait yatırarkən yalnız bugünkü iqtisadi göstəriciləri deyil, qarşıdakı illərdə siyasi və iqtisadi şərtlərin necə dəyişəcəyini də nəzərə alır. Bu baxımdan sabitlik investor üçün birbaşa iqtisadi dəyərə malik amildir. Siyasi risklərin aşağı olması uzunmüddətli layihələrin planlaşdırılmasını asanlaşdırır, infrastruktur layihələrinin ardıcıllığını təmin edir və kapital qoyuluşlarının geri qayıtması üçün daha proqnozlaşdırılan mühit yaradır.  Azərbaycanın müasir investisiya modelinin formalaşmasında 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» xüsusi yer tutur. Bu saziş Azərbaycanın enerji sektoruna iri həcmli xarici kapitalın cəlb olunması ilə yanaşı, ölkənin beynəlxalq enerji bazarlarına inteqrasiyasının əsasını qoydu. Sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevrilməsinə şərait yaratdı. Bu layihələrin ümumi xüsusiyyəti onların qısamüddətli deyil, onillikləri əhatə edən strateji xarakter daşımasıdır. Belə layihələrin reallaşdırılması üçün isə siyasi qərarların ardıcıllığı, dövlətlərarası etimad və iqtisadi sabitlik mühüm şərtlərdir.

İnvestisiya mühitinə verilən qiymətin ən konkret göstəricilərindən biri ölkəyə yönələn kapitalın həcmi və strukturudur. Prezident İlham Əliyevin forumda bildirdi ki,  son 25 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dolları sərmayə qoyulub. Bunun mühüm hissəsi qeyri-neft sektorunun inkişafına yönəlib. Bu rəqəmlər bir daha təsdiq edir ki, xarici investorların Azərbaycana etimadı və ölkədəki təhlükəsizlik və sabitlik mühitinə inamı böyükdür.

Sözügedən Forumda Prezident İlham Əliyevin təqdim etdiyi yeni məlumatlar da bu istiqamətdə dinamikanın davam etdiyini göstərir. Dövlət başçısının sözlərinə görə, ötən il Azərbaycanda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb və bunun 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb. Bu, investisiya siyasətində struktur dəyişikliyinin mühüm göstəricisidir: kapital yalnız enerji resurslarının hasilatına deyil, sənaye, logistika, rəqəmsal transformasiya, yaşıl enerji və digər sahələrə də yönəlir. Azərbaycan nümunəsində siyasi sabitliyin iqtisadi nəticələrini yalnız investisiyaların həcmi ilə ölçmək düzgün olmazdı. Burada əsas məsələ sabitliyin iqtisadi siyasətin uzunmüddətli xarakter almasına imkan yaratmasıdır.

2020-ci ildən etibarən Azərbaycanın qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib. Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna müraciətində qeyd edildiyi kimi, həmin dövrdə qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Hazırda Azərbaycanın qarşısında duran əsas iqtisadi vəzifələrdən biri enerji gəlirlərindən əldə olunan maliyyə imkanlarını qeyri-neft sektorunun inkişafına çevirməkdir. Bu istiqamətdə sənaye parkları, iqtisadi zonalar, logistika mərkəzləri, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və bərpaolunan enerji layihələri xüsusi əhəmiyyət daşıyır.

Ölkəmizin  investisiya siyasətində də artıq yalnız investisiya cəlb etmək  deyil, həm də texnologiya, innovasiya, idarəetmə təcrübəsi və yeni bazarlara çıxış imkanlarının ölkəyə gətirilməsi prioritet kimi müəyyənləşdirilir. Prezidentin II İnvestisiya Forumuna müraciətində də bu yanaşma açıq şəkildə vurğulanır. Bu dəyişiklik mühüm məsələdir. Çünki müasir iqtisadi rəqabətdə investorun gətirdiyi kapital qədər onun gətirdiyi texnologiya və bilik də əhəmiyyətlidir.

Əvvəldə qeyd etdiyimiz kimi, siyasi və iqtisadi sabitlik Azərbaycanın coğrafi üstünlüklərini də daha səmərəli şəkildə iqtisadi imkanlara çevirməyə şərait yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər infrastruktur layihələri ölkənin tranzit və logistika imkanlarını genişləndirir. Prezident İlham Əliyev Forum iştirakçılarına  müraciətində Azərbaycanın Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə çevrildiyini və formalaşmaqda olan Zəngəzur dəhlizinin regional əlaqəliliyi daha da gücləndirəcəyini bildirib.

Azərbaycanın investisiya siyasətində yeni mərhələnin daha bir mühüm istiqaməti bərpaolunan enerji sektorudur. Ölkə uzun illər neft və qaz ixracatçısı kimi tanınıb. İndi isə xarici investorlarla əməkdaşlıq çərçivəsində günəş və külək enerjisi layihələri də genişlənir. Bu proses Azərbaycanın enerji siyasətinin transformasiyasını göstərir: ənənəvi enerji resursları ölkənin iqtisadi gücünün əsaslarından biri olaraq qalmaqla yanaşı, bərpaolunan enerji gələcəyin investisiya istiqamətlərindən birinə çevrilir. Dünya Bankı da Azərbaycan üçün yeni tərəfdaşlıq çərçivəsində daha rəqabətqabiliyyətli, yaşıl və inklüziv iqtisadiyyata keçidi əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bir sözlə, Azərbaycanın qarşısında duran strateji məsələ sadəcə sabitliyi qorumaq deyil, onu yeni iqtisadi imkanlara çevirməkdir.

İsmayıl İbrahimov, YAP Hacıqabul rayon təşkilatının sədri sözlərinə görə, ötən il Azərbaycanda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb və bunun 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb. Bu, investisiya siyasətində struktur dəyişikliyinin mühüm göstəricisidir: kapital yalnız enerji resurslarının hasilatına deyil, sənaye, logistika, rəqəmsal transformasiya, yaşıl enerji və digər sahələrə də yönəlir. Azərbaycan nümunəsində siyasi sabitliyin iqtisadi nəticələrini yalnız investisiyaların həcmi ilə ölçmək düzgün olmazdı. Burada əsas məsələ sabitliyin iqtisadi siyasətin uzunmüddətli xarakter almasına imkan yaratmasıdır.

2020-ci ildən etibarən Azərbaycanın qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib. Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna müraciətində qeyd edildiyi kimi, həmin dövrdə qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Hazırda Azərbaycanın qarşısında duran əsas iqtisadi vəzifələrdən biri enerji gəlirlərindən əldə olunan maliyyə imkanlarını qeyri-neft sektorunun inkişafına çevirməkdir. Bu istiqamətdə sənaye parkları, iqtisadi zonalar, logistika mərkəzləri, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və bərpaolunan enerji layihələri xüsusi əhəmiyyət daşıyır.

Ölkəmizin  investisiya siyasətində də artıq yalnız investisiya cəlb etmək  deyil, həm də texnologiya, innovasiya, idarəetmə təcrübəsi və yeni bazarlara çıxış imkanlarının ölkəyə gətirilməsi prioritet kimi müəyyənləşdirilir. Prezidentin II İnvestisiya Forumuna müraciətində də bu yanaşma açıq şəkildə vurğulanır. Bu dəyişiklik mühüm məsələdir. Çünki müasir iqtisadi rəqabətdə investorun gətirdiyi kapital qədər onun gətirdiyi texnologiya və bilik də əhəmiyyətlidir.

Əvvəldə qeyd etdiyimiz kimi, siyasi və iqtisadi sabitlik Azərbaycanın coğrafi üstünlüklərini də daha səmərəli şəkildə iqtisadi imkanlara çevirməyə şərait yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər infrastruktur layihələri ölkənin tranzit və logistika imkanlarını genişləndirir. Prezident İlham Əliyev Forum iştirakçılarına  müraciətində Azərbaycanın Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə çevrildiyini və formalaşmaqda olan Zəngəzur dəhlizinin regional əlaqəliliyi daha da gücləndirəcəyini bildirib.

Azərbaycanın investisiya siyasətində yeni mərhələnin daha bir mühüm istiqaməti bərpaolunan enerji sektorudur. Ölkə uzun illər neft və qaz ixracatçısı kimi tanınıb. İndi isə xarici investorlarla əməkdaşlıq çərçivəsində günəş və külək enerjisi layihələri də genişlənir. Bu proses Azərbaycanın enerji siyasətinin transformasiyasını göstərir: ənənəvi enerji resursları ölkənin iqtisadi gücünün əsaslarından biri olaraq qalmaqla yanaşı, bərpaolunan enerji gələcəyin investisiya istiqamətlərindən birinə çevrilir. Dünya Bankı da Azərbaycan üçün yeni tərəfdaşlıq çərçivəsində daha rəqabətqabiliyyətli, yaşıl və inklüziv iqtisadiyyata keçidi əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bir sözlə, Azərbaycanın qarşısında duran strateji məsələ sadəcə sabitliyi qorumaq deyil, onu yeni iqtisadi imkanlara çevirməkdir.

Oxşar Xəbərlər

Back to top button