AnalitikaGündəmSiyasət

Qəhrəmanlıq Salnaməsinin unudulmaz səhifəsi

Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan 27 Sentyabr – Anım Günü Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu gün xalqımızın birliyini, dövlətimizin gücünü və Vətən sevgisinin ən ali nümunəsini nümayiş etdirən qəhrəman övladlarımızı yad etdiyimiz müqəddəs bir gündür.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfəri ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Bu tarixi Qələbənin qazanılmasında şəhidlərimizin fədakarlığı və igidliyi əvəzsiz rol oynadı.

Anım Günü təkcə şəhidlərimizi yad etmək deyil, həm də onların uğrunda can verdikləri dəyərləri yaşatmaq, gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaq baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir şəhid Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda yazılmış qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir.

Bu gün ölkəmizin hər yerində şəhidlərimizin xatirəsi dərin ehtiramla anılır, onların ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların göstərdiyi şücaət hər zaman qürur mənbəyimiz olacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim uca tutulacaq və qəhrəmanlıq yolu gələcək nəsillər üçün örnək olaraq yaşayacaqdır.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button