
27 Sentyabr – Azərbaycan xalqının yaddaşına qanlayazılan, eyni zamanda şərəflə xatırlanan gün. Bu günbizim üçün Vətən naminə canından keçənlərin, bir ömürboyu ürəklərdə yaşayan igidlərin Anım Günüdür. 27 Sentyabr Azərbaycan xalqının yaddaşına qanla, qəhrəmanlıqla və qürurla yazılmış bir tarixdir. 2020-ci ilinməhz 27 sentyabrı Azərbaycan Ordusu 30 ilə yaxın işğalaltında qalmış torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Bu müqəddəs savaşdaminlərlə oğul şəhidlik zirvəsinə ucaldı, minlərlə qəhrəmanqazimiz canı, qanı bahasına torpağa haqqını qaytardı. 27 Sentyabr tarixi bir millətin ayağa qalxması, öz haqqınıqətiyyətlə tələb etməsi idi. Azərbaycan əsgəri təkcədüşmənlə döyüşmədi – zamanla, ədalətsizliklə, səssizdünyanın biganəliyi ilə döyüşdü və qalib gəldi. Artıq 44 gün davam edən, şanlı Qələbəmizlə bitən müharibədənaltı il ötür. Sözsüz ki, 44 günün hər anı Azərbaycanxalqının yaddaşına həkk olunub. Bu tarixdə Ali BaşKomandan xalqa müraciət edərək Ermənistanıncəbhəboyu ərazilərimizdə genişmiqyaslı təxribat törətdiyinivə nəticədə həm hərbi qulluqçularımız, həm də mülkivətəndaşlarımız arasında itkilərimizin olduğunu bildirdi. Eyni zamanda, Azərbaycan Ordusunun bütün cəbhəboyuəks-hücuma keçdiyini bildirən ölkə başçımız artıq bir neçəkəndin işğaldan azad olunduğu barədə məlumat verdi. Həmin gündən etibarən ölkədə hər bir vətəndaş bütüngündəlik qayğılarını, problemlərini kənara qoyaraqcəbhədən gələn xəbərlərə kökləndi. Gələn xəbərlər isəxalqımızı sevindirirdi. Təsadüfi deyil ki, həmin günlərdəölkə başçısının tviter səhifəsini yüz minlərlə insanizləməyə başladı. Çünki Prezidentimiz işğaldan azadolunan ərazilərimiz barədə sosial media hesabındaməlumat verirdi. Beləliklə, 2020-ci ilin sentyabr-noyabrayları Azərbaycanın tarixinə xalq-ordu-iqtidar birliyinin ənyüksək təzahürü kimi düşdü. Ölkədə kimliyindən, yaşından, sosial vəziyyətindən, siyasi düşüncəsindən asılıolmayaraq hər kəs bir oldu, Ordusuna, Ali BaşKomandanına dəstək verdi. Əlbəttə ki, bu gözlənilən idi. Çünki Qarabağ bütün Azərbaycanın illərlə həll olunmasıüçün səbirsizliklə gözlədiyi şərəf məsələsi idi. Buməqamda Prezident İlham Əliyevin bir fikri yada düşür: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”.
Həmin günlərdə, hətta o torpaqlarda heç vaxt olmayangənclərimiz belə fəal mübarizə apardı və nəticədəErmənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə kapitulyasiyaaktına imza atdı. Beləliklə, Azərbaycan tarixi ədaləti, ərazibütövlüyünü bərpa etdi, 30 illik zülmə son qoydu. Prezident İlham Əliyev xalqa müraciətində dedi: “Biznəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, bizdünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətinrelyef şəraitində düşmənin bir neçə istehkamınınqarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduqvə düşməni torpaqlarımızdan qovduq”.
Bəli, şəhidlərin qanı ilə suvarılmış torpaq əbədiazadlığa qovuşdu. Qarabağ yalnız torpaq deyil – Qarabağbir millətin qüruru, bir xalqın tarixidir. Hər daşında, hərağacında bir igidin izləri var indi. Hər il 27 Sentyabrdasükutla dayanırıq. Küçələrdə bayraqlar yarıya endirilir, məktəblərdə, universitetlərdə şəhidlərimizin adlarısəslənir. Analar göz yaşları ilə oğullarını yad edir, bacılardualarını göyə göndərir. Amma bu hüznün içində bir iftixarda var – çünki bu torpaq artıq azaddır, çünki bu torpaqşəhid qanı ilə müqəddəsləşib. Uşaqlar artıq Qarabağı tarixkitablarından deyil, gerçək həyatın özündən öyrənir. Çünkiartıq o torpağa ayaq basmaq, o havanı ciyərlərinə çəkməkmümkündür. Və bu mümkünlüyün adı Qəhrəmanlıqdır.
Milli Anım Günü – bu, təkcə ağrının, kədərin deyil, həmdə qürurun günüdür. Biz bu gün həm yas tutur, həm dəbaşımızı dik tuturuq. Çünki yalnız xalqı üçün canındankeçənlərin ruhu qarşısında baş əymək olar. Azərbaycanxalqı şəhidlərini heç vaxt unutmayacaq. Onların əmanətiolan bu torpaqları daha da abad edəcək, daha dagücləndirəcək.
Qarabağ Azərbaycandır! Bu söz artıq yalnız siyasibəyanat deyil – bu, şəhid qanı ilə möhürlənmiş həqiqətdir.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini



