AnalitikaGündəmSiyasət

27 sentyabr – Anım Günüdür!

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci ilsentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünəcavab olaraq, Azərbaycan Respublikası Silahlı QüvvələriAli Baş Komandanın rəhbərliyi altında işğal altındakıtorpaqlarımızın azad edilməsi məqsədilə Vətənmüharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazibütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərənəsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülkiinsanlarımız, bütövlükdə xalqımız əzm və iradə, biryumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözəbilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülkiinsanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfərhərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbiqulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbiqulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğalaltında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərvə zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azadolunmuşdur.

Azərbaycan hər zaman mübariz oğul və qızlarınınşücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizinruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətənmüharibəsində qəhrəmancasına döyüşmüş, AzərbaycanBayrağını işğaldan azad edilən torpaqlarımızdadalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolundacanlarını fəda etmiş əsgər və zabitlərimizə, bütünşəhidlərimizə dərin ehtiram əlaməti olaraq, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeydedilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsişəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci ildekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəliksükut elan edilmişdir.

Rəşad İsmayılov,
YAP Hacıqabul rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button