AnalitikaGündəmSiyasət

Müqəddəs Kəlbəcər və Laçın Savaşsız Azadlıq

27 sentyabrda başlayan hərbi əməliyyatların nəticəsi olaraq Ermənistan kapitulaysiya aktına imza atmağa məcbur oldu. Bununla da Kəlbəcər, Laçın və Ağdam rayonları tek bir güllə atılmadan, hərbi-siyasi yolla Azərbaycana qaytarıldı. Bu, hərbi zəfərin məntiqi davamı idi.

Kəlbəcərin və Laçının mürəkkəb dağlıq relyefi hərbi əməliyyatlar üçün böyük çətinliklər yarada bilərdi. Lakin ordumuzun cəbhədəki darmadağın edici zərbələri düşməni bu əraziləri döyüşsüz təslim etməyə məcbur etdi. Bu, yüzlərlə əsgərimizin həyatının xilas olunması demek idi.

Bu ərazilərin qaytarılması ilə Azərbaycan öz tarixi sərhədlərini bərpa etdi. Laçın dəhlizinə və strateji yüksəkliklərə nəzarət təmin olundu. Bu diplomatik və hərbi uğur Azərbaycan dövlətinin gücünü bir daha ortaya qoydu.

Anım Günündə biz Kəlbəcər və Laçın uğrunda gedən hazırlıq əməliyyatlarında, strateji yüksəkliklərin azad olunmasında şəhid olan hərbçilərimizi də ehtiramla yad edirik. Onların fədakarlığı bu böyük siyasi qələbənin zəminini hazırladı.

Fariz Hüseyinli, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button