AnalitikaGündəmSiyasət

Hərbi Zəfərdən Diplomatik Qələbəyə

27 sentyabrda başlayan hərbi əməliyyatlar parallel olaraq gərgin diplomatik mübarizə ilə müşayiət olunurdu. Azərbaycan dövləti həm döyüş meydanında, həm də masa arxasında öz üstünlüyünü sübut etdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi xarici təzyiqləri neytrallaşdırdı.

Dünyanın aparıcı media vasitələrinə verilən müsahibələr Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Ermənistanın illərlə formalaşdırdığı yalançı kəşfiyyat və təbliğat maşını darmadağın edildi. Hərbi zəfər diplomatik masada tam qələbə ilə nəticələndi.

Bu uğur hərbçilərimizin cəbhədəki şücaəti ilə sıx bağlı idi. Əsgərimiz torpaqları azad etdikcə, diplomatlarımız masada daha inamlı danışa bilirdilər. Cəbhədəki hər bir uğur diplomatik cəbhədə yeni bir mövqe demək idi.

Anım Günündə biz həm də bu böyük siyasi və hərbi strategiyanın uğurunu qeyd edirik. Şəhidlərimizin qanı ilə qazanılan qələbə diplomatiya sahəsində də möhkəmləndirildi. Azərbaycan regionun lider dövləti kimi öz sözünü dedi.

Kəmalə Abdullayeva, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button