AnalitikaGündəmSiyasət

Sənayedən dayanıqlı inkişafa: Azərbaycanın yeni iqtisadi hədəfləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinininkişafına dair Dövlət Proqramı”na həsr olunmuşmüşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun inkişafı, təbii sərvətlərdən səmərəli istifadə və iqtisadiyyatınşaxələndirilməsi istiqamətində qarşıya qoyulan əsasvəzifələri əhatə edir.

Dövlət başçısı çıxışında qəbul edilmiş dövlətproqramlarının müəyyən edilmiş müddət ərzində, yəni 4 ilərzində ardıcıl və məqsədyönlü şəkildə icra edilməsininvacibliyini vurğulayıb. Bildirilib ki, proqramların həyatakeçirilməsi qarşıya qoyulan hədəflərə çatmağa və iqtisadiinkişafın davamlılığını təmin etməyə xidmət etməlidir.

Prezident İlham Əliyev qeyri-neft sektorunda əldəolunan nəticələrə də diqqət çəkərək, cari ilin ilk 8 ayındabu sektorun 5,4 faiz artdığını qeyd edib. Bu göstərici ölkəiqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sahələrinininkişaf etdirilməsi istiqamətində görülən işlərinnəticələrindən biri kimi qiymətləndirilir.

Çıxışda dövlət və özəl sektor arasında əməkdaşlığınəhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkədəiqtisadi inkişaf həm dövlət xətti ilə, həm də özəl sektorunfəal iştirakı ilə təmin edilir. Bu yanaşma yeni istehsalsahələrinin yaradılması, investisiyaların cəlb olunması vəsənaye potensialının gücləndirilməsi baxımından mühüməhəmiyyət daşıyır.

Dövlət başçısı Azərbaycanın təbii sərvətlərininqorunmasına da xüsusi diqqət yetirib. Vurğulanıb ki, ölkənin əsas sərvəti yalnız yerin altında olan təbiiehtiyatlar deyil, hər şeydən əvvəl onun təbiətidir. Bubaxımdan faydalı qazıntıların istismarı zamanı ətrafmühitin qorunması, ekoloji tarazlığın təmin edilməsi vətəbii sərvətlərdən məsuliyyətli istifadə əsas prinsiplərdənbiri olmalıdır.

Ümumilikdə, Prezident İlham Əliyevin çıxışıAzərbaycanın sənaye potensialının artırılması, qeyri-neftsektorunun inkişaf etdirilməsi, dövlət və özəl sektorunəməkdaşlığının genişləndirilməsi və iqtisadi inkişaflaekoloji məsuliyyət arasında tarazlığın qorunmasınınəhəmiyyətini bir daha nümayiş etdirir.

Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev MƏrkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button