
Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı müşavirədəki çıxışının ana xətti
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində yeni və mühüm bir mərhələ başlayır. Dövlət Başçımızın qeyd etdiyi kimi, 2027–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı cəmi 4 il ərzində icra ediləcək və Azərbaycan iqtisadiyyatında tamamilə yeni, müasir sənaye istiqamətinin əsasını qoyacaqdır.
Strateji və Maliyyə İmkankarı: Son illərdə qəbul edilən bütün dövlət proqramları kimi, bu proqram da konkret vaxt çərçivəsinə, dəqiq nəzarət mexanizminə və dövlət büdcəsindən tam maliyyə təminatına malikdir. Layihə gəlirli və perspektivli olduğu üçün həm yerli, həm də xarici investorların iştirakına açıqdır. İşğaldan azad edilmiş Kəlbəcər, Laçın, Zəngilan və Ağdərədəki qızıl, mis və molibden yataqları müasir geoloji üsullarla təhlil olunaraq tezliklə tam istismara veriləcək. Bölgədəki yüksək potensial nəzərə alınaraq gələn ildən etibarən geniş miqyaslı geoloji kəşfiyyat işlərinə başlanılacaq. Avropanın en perspektivli polimetal yataqlarından biri olan “Filizçay”ın istismara hazırlanması sürətləndiriləcək. Daşkəsən filiz yatağı və ətraf bölgələrin potensialı əsasında yeni Qərb Sənaye Parkı yaradılır. Burada məqsəd xammalı sadəcə filiz kimi satmaq deyil; hasilatdan son məhsula qədər tam zənginləşdirmə və emal zəncirini (pelet, briketləşdirilmiş dəmir, alüminium istehsalı) qurmaqdır.
Dövlət Başçısı xüsusi olaraq bildirdi ki, bizim en böyük sərvətimiz təbiətimizdir. Bu səbəbdən həm dövlət şirkəti olan “AzerGold”, həm də xarici tərəfdaşlar ən yüksək ekoloji standartlara və normalara riayət etməyə borcludurlar.
5.000-dən çox yeni daimi iş yerinin açılması, ölkə büdcəsinə vergilər şəklində böyük həcmdə vəsaitin daxil olması. İllik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olması və güclü ixrac potensialının yaradılması.
Nəticə olaraq, bu Dövlət Proqramı regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, Azərbaycanın qeyri-neft sənayesində uzunmüddətli və sabit artımı təmin edəcək strategiyadır.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



