AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Əbədi müstəqillik və müzəffər dövlət ideyası

27 Sentyabr Anım Günündən başlayan 44 günlük Vətən müharibəsi və ardından həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycan xalqının mübarizə əzmini, sarsılmaz iradəsini və milli dövlətçilik təfəkkürünü bütün dünyaya nümayış etdirdi. Bu şanlı Qələbə yalnız işğal altındakı torpaqların azad olunması ilə bitmədi, Azərbaycanın müasir dövlətçilik tarixində “Müzəffər Dövlət” və “Qalib Xalq” konsepsiyasını tam formalaşdırdı.

Tarix boyu müxtəlif çətinliklərlə, təzyiqlərlə və ədalətsizliklərlə üzləşən xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nümayiş etdirdiyi dəmir iradə sayəsində regionda yeni reallıqlar diktə edən gücə çevrildi. Bu gün Azərbaycan öz təhlükəsizliyini, xarici siyasətini və daxili inkişaf prioritetlərini tam müstəqil şəkildə müəyyən edən, beynəlxalq müstəvidə söz sahibi olan suveren bir dövlətdir.

Müzəffər dövlət ideyası hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənc nəslin öz ölkəsinə, ordusuna və gələcəyinə olan dərin inamına dayanır. Zəfərimizin qazanılmasında canını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi və qazilərimizin cəsarəti bu ideologiyanın mənəvi təməlini təşkil edir. Onların bıze əmanət etdiyi azad və bütöv Vətən, gələcək nəsillər üçün ən böyük qürur mənbəyidir.

27 Sentyabrdan başlayan bu şanlı yol bizə öyrətdi ki, milli birlik, güçlü ordu və müstəqil dövlətçilik şüuru olan yerə heç bir qüvvə galib gələ bilməz. Şəhidlərimizin qanı ilə yazılmış bu Zəfər salnaməsi Azərbaycanın əbədi müstəqilliyinin, ərazi bütövlüyünün və sarsılmaz suverenliyinin əbədi zəmanətidir.

Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button