AnalitikaDünyaElm və Təhsil

Böyük Qayıdış: Yeni həyatın başlanğıcı

Vətən müharibəsində və antiterror tədbirlərində əldə olunan tarixi Zəfərlərdən sonra Azərbaycan dövlətinin qarşısında duran ana vəzifələrdən biri azad edilmiş torpaqların bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması oldu. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu missiyanın strateji yol xəritəsini müəyyənləşdirdi.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr öz miqyasına və icra sürətinə görə dünya praktikasında unikal xarakter daşıyır. Qısa müddət ərzində beynəlxalq hava limanlarının, müasir magistral yolların, tunellərin, su elektrik stansiyalarının və “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyalarına əsaslanan yaşayış komplekslərinin istifadəyə verilməsi regiona yeni nəfəs gətirdi. Lachın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər rayonlara soydaşlarımızın mərhələli şəkildə qayıdışı reallığa çevrildi.

Böyük Qayıdış prosesi yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də həmin ərazilərdə məşğulluğun təmin edilməsini, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının fəaliyyətinin bərpasını əhatə edir. Qazanılan hər bir iqtisadi və sosial uğur Zəfərin davamlılığını təmin edir, Qarabağı yenidən regionun ən abad və inkişaf etmiş guşələrindən birinə çevirir.

27 Sentyabr Anım Günündə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizi yad edərkən, onların azad etdiyi torpaqlarda qurulan bu yeni həyat həmin fədakarlığın ən böyük mənəvi bəhrəsidir. Bu gün azad Qarabağda uşaq səslərinin ucalması, yeni məktəblərin və evlərin qapılarının açılması şəhidlərimizin müqəddəs ruhuna olan ən ali ehtiramın göstəricisidir

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button