Mədən sənayesinin inkişafı elmi tədqiqatlara yeni stimul verə bilər

Dağ-mədən sənayesinin qarşıdakı illərdə inkişaf etdirilməsi geoloji və texniki elmlər qarşısında yeni vəzifələr yaradır. Yeni yataqların aşkar edilməsi, mövcud ehtiyatların yenidən qiymətləndirilməsi və hasilat texnologiyalarının təkmilləşdirilməsi elmi araşdırmaların istehsalla daha sıx əlaqələndirilməsini tələb edir.
Müasir geoloji kəşfiyyat zamanı böyük həcmdə məlumat toplanır. Bu məlumatların düzgün təhlili yataqların strukturunun və ehtiyatlarının daha dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Geologiya, geofizika, kimya, materialşünaslıq və digər elmlərin imkanlarının birgə tətbiqi yeni tədqiqat istiqamətlərinin formalaşmasına şərait yarada bilər.
Universitetlər və elmi müəssisələrlə sənaye şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi bu prosesdə mühüm rol oynaya bilər. Praktiki istehsal problemlərinin elmi tədqiqat mövzularına çevrilməsi həm yeni texnologiyaların hazırlanmasına, həm də gənc mütəxəssislərin real sənaye ehtiyaclarına uyğun yetişdirilməsinə imkan verə bilər.
Belə əməkdaşlığın nəticəsində yerli elmi potensialın sənayenin inkişafına daha geniş cəlb olunması mümkündür. Dağ-mədən sektorunun modernləşdirilməsi yalnız xaricdən texnologiya gətirilməsi ilə deyil, ölkə daxilində yeni bilik və texnoloji həllərin yaradılması ilə də müşayiət oluna bilər.
Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı


