AnalitikaGündəmSiyasət

Qürurla xatırlanan müqəddəs tarix

27 SentyabrAnım Günü Azərbaycan xalqınınqəlbində kədər qürurun yanaşı yaşadığı xüsusi birgündür. Bu tarixdə biz Vətənimizin müdafiəsi uğrundahəyatını itirmiş şəhidlərimizi ehtiramla yad edir, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsiAzərbaycan xalqının iradəsini, milli birliyini ordumuzun döyüş qabiliyyətini nümayiş etdirənmühüm tarixi hadisə oldu. Həmin günlərdə cəbhədəngələn hər bir xəbər insanların həyatında iz buraxırdı. Hər bir şəhid xəbəri bir ailənin qəlbinə ağır bir ağrıgətirir, eyni zamanda bütöv xalqı daha sıx birləşdirirdi. İnsanlar şəhidlərin ailələrinə mənəvi dayaq olmağaçalışır, əsgərlərə dualar edir, ordunun uğuru üçünbütün imkanları ilə dəstək göstərirdilər. Bu həmrəylikAzərbaycan xalqının çətin anlarda necə bir yumruqkimi birləşə bildiyini göstərən mühüm nümunələrdənbirinə çevrildi.

Bu gün həmin hadisələrə nəzər salarkən şəhidlərimizinfədakarlığının yalnız döyüş meydanında baş verənhadisələrlə məhdudlaşmadığını görürük. Onların adıAzərbaycanın müxtəlif şəhərlərində, kəndlərində, təhsilmüəssisələrində, küçələrdə xatirə guşələrindəyaşadılır. Şəhid ailələrinin hər bir sözü, hər bir xatirəsibizim üçün mənəvi dəyər daşıyır. Çünki onlar özövladlarını, həyat yoldaşlarını, atalarını Vətənə qurbanveriblər. Anım Günündə onların yanında olmaq, şəhidlərin ailələrinə ehtiram göstərmək xalq olaraqmənəvi borcumuzdur. Bu tarix həm gənclərimizəgöstərir ki, Vətən sevgisi yalnız duyğu deyil, həm məsuliyyətdir. Vətənə xidmət etmək, dövlətininkişafına töhfə vermək, cəmiyyət üçün faydalı insanolmaq şəhidlərimizin xatirəsinə göstərilən ən mənalıehtiram formalarından biridir. Onların müqəddəsxatirəsi yaşadıqca Vətən sevgisi nəsillər boyuncayaşayacaqdır.

Mahir Tahirov,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button