AnalitikaGündəmSiyasət

Xalqın qəlbində əbədi yaşayanlar

Azərbaycan tarixinin müxtəlif mərhələlərində Vətən sevgisini özcanları ilə təsdiq edən qəhrəman insanlar olub. 27 SentyabrAnım Günü məhz bu müqəddəs ənənənin müasirtariximizdəki parlaq təcəssümüdür. Bu tarix bizə 2020-ci ilin sentyabrında başlayan ağır döyüşləri, həmindöyüşlərdə göstərilən qəhrəmanlığı Vətən uğrundahəyatını fəda edən şəhidlərimizi xatırladır. Hər birşəhidin həyatında özünəməxsus bir hekayə var: kimisigənc yaşlarında arzularını yarımçıq qoydu, kimisiailəsindən ayrılaraq cəbhəyə yollandı, kimisi illərlədaşıdığı hərbi formasını son dəfə Vətən torpağındageyindi. Onların hekayələri birləşərək bütöv bir xalqınqəhrəmanlıq salnaməsini yaradır. Bu salnamənin hərsətrində Vətənə bağlılıq, torpağa sədaqət, doğma yurdaməhəbbət xalqın gələcəyinə inam hiss olunur. Bunagörə şəhidlərimizin xatirəsi yalnız müəyyən birgünün çərçivəsində deyil, ilin bütün günlərindəehtiramla yaşadılmalıdır.

Anım Günü həm yaddaşın məsuliyyətini bizəxatırladır. Xalq öz tarixini unutmadıqca onun gələcəyəbaxışı daha möhkəm olur. Şəhidlərin adlarınıyaşatmaq, onların həyat yolunu araşdırmaq, gənc nəsləonların qəhrəmanlığından danışmaq milli yaddaşımızınqorunmasına xidmət edir. Bu gün məktəblərdəkeçirilən görüşlər, şəhid ailələri ilə təşkil olunantədbirlər, memorial komplekslərə xiyabanlara edilənziyarətlər böyük mənəvi əhəmiyyət daşıyır. Hər birgənc bilməlidir ki, bu gün sahib olduğumuz sabitlik, dövlətçilik milli həmrəylik anlayışlarının arxasındaböyük bir tarixi yol ağır sınaqlar dayanır. Şəhidlərimizin ruhuna ən böyük ehtiram isə onlarınbizə əmanət etdiyi Vətənə layiq vətəndaş olmaq, ölkənin inkişafına öz əməyimizlə töhfə vermək millidəyərlərimizi qorumaqdır. 27 Sentyabr bu mənada həmxatirə, həm məsuliyyət günüdür.

Gülay Əliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button