AnalitikaGündəmSiyasət

Şəhidlərin adı ilə yaşayan tarix

Tarixdə elə günlər var ki, onlar yalnız təqvimdə birtarix kimi qalmır, bütöv bir xalqın taleyində, yaddaşında mənəvi dünyasında xüsusi yer tutur. 27 SentyabrAnım Günü Azərbaycan xalqı üçün beləmüqəddəs tarixlərdəndir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin müasir tarixindəmühüm dönüş nöqtələrindən biri oldu. Həmin günAzərbaycan əsgəri Vətənin müdafiəsi naminə döyüşəatıldı, xalqımız isə bütün imkanları ilə öz ordusununyanında dayandı. Müharibənin ağır sınaqlıgünlərində cəbhədən gələn hər bir xəbər milyonlarlainsanın ürəyində əks-səda doğururdu. Qələbə xəbərlərixalqımıza böyük sevinc bəxş etdiyi kimi, şəhidxəbərləri hər bir ailənin qəlbinə ağır kədər gətirirdi. Hər bir şəhid adı bir ailənin həyatında əbədi iz buraxdı. Bəzən bir ana oğlunu, bir ata övladını, bir qadın həyatyoldaşını, bir uşaq isə atasını itirdi. Lakin bu ağrınıniçərisində böyük bir qürur da vardı: onların əzizləriVətən üçün ən böyük fədakarlığı etmişdilər. Məhzbuna görə şəhidlərimizin adı yalnız ailələrinin deyil, bütün Azərbaycan xalqının müqəddəs yaddaşınaçevrildi.

  Şəhidlərimizin həyat hekayələri Azərbaycan tarixininən təsirli səhifələrindən biridir. Onların hər biri adihəyatdan gəlmiş, müxtəlif peşələrə, arzulara planlara sahib olmuş insanlar idi. Kimisi ailə qurmağahazırlaşırdı, kimisi övladlarının böyüməsini görməkistəyirdi, kimisi təhsilini davam etdirməyi, kimisi isəsadəcə doğma torpağında sakit həyat sürməyiarzulayırdı. Lakin Vətənin ağır sınaq qarşısındaqalması onların həyat yolunu dəyişdi. Onlar şəxsiarzularını arxa plana keçirərək dövlətin xalqınmüdafiəsinə qalxdılar. Bu fədakarlığın böyüklüyü məhz bundadır. Şəhidlərimizin adlarının küçələrə, məktəblərə, park xiyabanlara verilməsi, onlarınhaqqında kitabların hazırlanması, xatirə guşələrininyaradılması həyat yollarının gənclərə çatdırılmasımilli yaddaşımızın qorunmasına xidmət edir. AnımGünü isə bütün bu yaddaşın vahid bir mənəvi ünvanətrafında birləşdiyi gündür. Bu gün biz şəhidlərimiziyalnız xatırlamırıq, eyni zamanda onların bizə qoyduğumənəvi miras qarşısında məsuliyyətimizi dərkedirik.

 Bu məsuliyyətin ən mühüm ünvanlarından biri gəncnəsildir. Çünki bu günün gəncləri sabah Azərbaycanıntarixini yazacaq, dövlətin inkişafına töhfə verəcək, milli dəyərləri gələcək nəsillərə ötürəcəklər. Şəhidlərinhəyat yolunu öyrənmək gənclərə yalnız keçmişhaqqında məlumat vermir, həm onlara Vətənəxidmətin, sədaqətin, cəsarətin məsuliyyətinmahiyyətini göstərir. Buna görə Anım Günü iləəlaqədar keçirilən tədbirlər, şəhid ailələri ilə görüşlər, ziyarətlər maarifləndirici proqramlar mühümmənəvi əhəmiyyət daşıyır. Hər bir belə tədbirşəhidlərin xatirəsi ilə gənc nəslin dünyagörüşü arasındabir körpü yaradır. Xalqımızın qəhrəman övladlarınınhəyat yolu gələcək nəsillərə çatdırıldıqca onların adı dazamanın yaddaşında daha möhkəm yaşayacaq. 27 Sentyabr bizə bir daha göstərir ki, Vətən uğrundacanından keçən insanın ömrü fiziki olaraq sona çatsada, onun adı, xatirəsi gördüyü müqəddəs xalqınyaddaşında əbədi davam edir. Şəhidlərimizin adıyaşadıqca onların Vətən sevgisi yaşayacaq, onlarınəmanət etdiyi dəyərlər isə nəsildən-nəslə ötürüləcək.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button