AnalitikaGündəmSiyasət

Azadlıqdan Quruculuğa – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

20 sentyabr Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət suverenliyinin tam təmin olunmasını, ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun bütün ərazilərdə bərpa edilməsini simvolizə edir.

Azərbaycan xalqı uzun illər ərzində öz tarixi torpaqlarının işğaldan azad olunması və ölkənin suveren hüquqlarının tam bərpası uğrunda qətiyyətli mübarizə aparmışdır. Bu mübarizənin nəticəsi olaraq Qarabağ bölgəsində yeni reallıqlar formalaşmış, dövlətimizin gücü və siyasi iradəsi bir daha öz təsdiqini tapmışdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının dövlət bayrağının dalğalanması tarixi ədalətin bərpasının parlaq nümunəsidir.

Bu gün həmin şəhərlərdə geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Yeni yollar salınır, sosial infrastruktur yaradılır, təhsil, səhiyyə və mədəniyyət obyektləri istifadəyə verilir. Qarabağın dirçəldilməsi istiqamətində görülən işlər regionun gələcək inkişafı üçün möhkəm təməl yaradır. Eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların öz doğma yurdlarına qayıdışı üçün hərtərəfli şərait formalaşdırılır.

20 Sentyabr həm də xalqımızın milli birliyinin, dövlətə bağlılığının və Vətən sevgisinin təntənəsidir. Bu gün Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və ölkəmizin gələcəyə inamla addımladığını nümayiş etdirir. Qarabağda aparılan bərpa və yenidənqurma işləri bölgənin iqtisadi, sosial və mədəni inkişafına yeni nəfəs verir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü Azərbaycanın müasir tarixinin mühüm səhifələrindən biri kimi xalqımızın yaddaşında yaşayacaq, dövlət suverenliyinin qorunmasının və möhkəmləndirilməsinin əhəmiyyətini gələcək nəsillərə çatdıracaqdır.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button