AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qarabağa diplomatik səfər Ermənistanın reaksiyasını gündəmə gətirdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistan siyasi və ictimai dairələrinin reaksiyası ilə qarşılanıb. Səfərin əsas məqsədlərindən biri bölgədə aparılan proseslərlə xarici diplomatların yerində tanış olması olub.

Azərbaycanın mövqeyinə əsasən, Qarabağ ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu baxımdan xarici diplomatların Azərbaycan ərazisinin müxtəlif hissələrinə səfər etməsi suverenlik çərçivəsində həyata keçirilən fəaliyyət kimi qiymətləndirilir.

Səfərə qarşı sərt reaksiyaların səsləndirilməsi isə Azərbaycan-Ermənistan münasibətlərində informasiya və siyasi müstəvidə fikir ayrılıqlarının qalmaqda olduğunu göstərir. Sülh prosesinin davam etdirilməsi üçün tərəflərin qarşılıqlı ittihamlardan daha çox praktiki dialoqa üstünlük verməsi vacib olaraq qalır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button