AnalitikaGündəmSiyasət

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

Azərbaycanın xarici siyasətində türk dünyası Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafımühüm prioritetlərdən biridir. Son illərdə qarşılıqlıetimada əsaslanan əməkdaşlıq yeni siyasi, iqtisadi humanitar məzmun qazanmış, regionda inteqrasiyanındərinləşməsinə xidmət edən mühüm təşəbbüslər irəlisürülmüşdür. Bu baxımdan Qırğızıstanın Çolpon-Ataşəhərində qəbul edilən Çolpon-Ata BəyannaməsiAzərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındaəlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyininümayiş etdirən mühüm siyasi sənəd kimiqiymətləndirilir.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasidəyişikliklər, yeni nəqliyyat marşrutlarınınformalaşması enerji təhlükəsizliyi məsələlərininaktuallaşması Mərkəzi Asiya ilə Cənubi Qafqazarasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Azərbaycan öz əlverişli coğrafi mövqeyi, güclünəqliyyat infrastrukturu etibarlı tərəfdaş imicisayəsində bu əməkdaşlığın əsas iştirakçılarından birinəçevrilmişdir. Mərkəzi Asiya dövlətləri isə zənginiqtisadi potensialı, enerji ehtiyatları sürətlə inkişafedən bazarları ilə Avrasiya məkanında mühüm roloynayırlar. Çolpon-Ata Bəyannaməsi məhz bu ortaqmaraqların daha sistemli şəkildə həyata keçirilməsinəxidmət edən siyasi platformadır.

Sənəddə dövlətlər arasında qarşılıqlı hörmət, suverenliyə ərazi bütövlüyünə dəstək prinsiplərixüsusi yer tutur. Bu yanaşma regionda sabitliyinqorunması, dövlətlərarası münasibətlərin beynəlxalqhüququn norma prinsipləri əsasında inkişafetdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın uzun illər ərzində beynəlxalq hüquqaəsaslanan mövqeyi 44 günlük Vətənmüharibəsindən sonra regionda yaranmış yenireallıqlar Mərkəzi Asiya ölkələri tərəfindən diqqətləizlənilir. Qarşılıqlı etimadın möhkəmlənməsi dövlətlərarasında siyasi dialoqun intensivləşməsinə, yenitəşəbbüslərin irəli sürülməsinə uzunmüddətliəməkdaşlıq mexanizmlərinin formalaşdırılmasınaəlverişli zəmin yaradır.

Çolpon-Ata Bəyannaməsinin mühüm istiqamətlərindənbiri iqtisadi əlaqələrin genişləndirilməsidir. Ticarətdövriyyəsinin artırılması, investisiya layihələrinindəstəklənməsi, sənaye kooperasiyasının inkişafetdirilməsi sahibkarlar arasında əməkdaşlığıngücləndirilməsi sənəddə əksini tapan əsashədəflərdəndir. Azərbaycan son illərdə əlverişli biznesmühitinin yaradılması, müasir sənaye parklarının azad iqtisadi zonaların formalaşdırılması istiqamətindəmühüm addımlar atmışdır. Bu imkanlar Mərkəzi Asiyaölkələrinin investorları üçün yeni perspektivlər açır.

Nəqliyyat logistika sahəsində əməkdaşlıq sənədinstrateji əhəmiyyətini daha da artırır. Azərbaycan ŞərqləQərbi, Şimalla Cənubu birləşdirən beynəlxalqnəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, BakıTbilisiQars dəmir yolu, Orta Dəhliz digər iriinfrastruktur layihələri Mərkəzi Asiya ölkələrininAvropa bazarlarına daha sürətli çıxışına geniş imkanyaradır. Çolpon-Ata Bəyannaməsi bu istiqamətdəəlaqələrin koordinasiyasını gücləndirməkləyükdaşımaların həcminin artmasına, logistikaxərclərinin azalmasına ticarət marşrutlarınınşaxələndirilməsinə əlavə töhfə verir.

Enerji sahəsində qarşılıqlı fəaliyyət əməkdaşlığınəsas sütunlarından biri hesab olunur. Azərbaycan enerjitəhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimibeynəlxalq nüfuz qazanmışdır. Mərkəzi Asiyaölkələrinin enerji resurslarının dünya bazarlarınaçıxarılmasında Azərbaycanın malik olduğu nəqliyyat ixrac infrastrukturu yeni imkanlar yaradır. Yaşılenerji layihələrinin həyata keçirilməsi, bərpa olunanenerji mənbələrinin inkişafı elektrik enerjisininötürülməsi istiqamətində əməkdaşlığıngenişləndirilməsi regionun dayanıqlı inkişafına mühümtöhfə verir.

Rəqəmsal transformasiya innovasiya sahəsindəəməkdaşlığın genişləndirilməsi Çolpon-AtaBəyannaməsinin diqqətçəkən istiqamətlərindəndir. Müasir texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərininkişafı, kibertəhlükəsizlik sahəsində təcrübəmübadiləsi innovativ layihələrin dəstəklənməsigələcəyin iqtisadiyyatının formalaşdırılmasına xidmətedir. Azərbaycan rəqəmsal idarəetmə, elektronxidmətlər süni intellekt texnologiyalarının tətbiqiistiqamətində həyata keçirdiyi islahatlarla MərkəziAsiya ölkələri üçün uğurlu təcrübə nümunəsi təqdimedir.

Humanitar sahədə əməkdaşlıq da sənədin mühümistiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, gənclər idman sahələrində əlaqələrin inkişafetdirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanınmöhkəmlənməsinə xidmət edir. Ortaq tarix, dil, mədəni irs mənəvi dəyərlər Azərbaycan ilə MərkəziAsiya ölkələrini bir-birinə daha da yaxınlaşdırır. Universitetlər arasında əməkdaşlıq proqramlarınıngenişləndirilməsi, tələbə mübadiləsi, birgə elmitədqiqatların aparılması mədəni tədbirlərin təşkiligələcək nəsillər arasında əlaqələrin daha damöhkəmlənməsinə şərait yaradır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilənəməkdaşlıq da Çolpon-Ata Bəyannaməsininəhəmiyyətini artıran amillərdəndir. Azərbaycantəşkilatın fəal üzvü kimi türk dünyasının həmrəyliyiningücləndirilməsi istiqamətində ardıcıl təşəbbüslərləçıxış edir. Mərkəzi Asiya dövlətləri ilə siyasikoordinasiyanın genişlənməsi, iqtisadi layihələrinəlaqələndirilməsi ortaq inkişaf strategiyalarınınhazırlanması təşkilatın beynəlxalq nüfuzununyüksəlməsinə müsbət təsir göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyiməqsədyönlü xarici siyasət ölkəmizin Mərkəzi Asiyadövlətləri ilə münasibətlərini yeni səviyyəyəyüksəltmişdir. Qarşılıqlı dövlət səfərləri, imzalanansazişlər, yaradılan birgə hökumətlərarası komissiyalar davamlı siyasi dialoq bu əməkdaşlığın davamlıxarakter aldığını göstərir. Çolpon-Ata Bəyannaməsi məhz bu ardıcıl siyasətin mühüm nəticələrindən birikimi çıxış edir qarşıdakı illər üçün geniş fəaliyyətistiqamətlərini müəyyənləşdirir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındaformalaşan yeni əməkdaşlıq modeli yalnız ikitərəflimünasibətlərin inkişafı ilə məhdudlaşmır. Butərəfdaşlıq Avrasiyada iqtisadi inteqrasiyanıngüclənməsinə, nəqliyyat əlaqələrinin genişlənməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə regionalsabitliyin qorunmasına mühüm töhfə verir. Çolpon-AtaBəyannaməsi ortaq maraqlara söykənən stratejiəməkdaşlığın gələcək inkişaf istiqamətlərinimüəyyənləşdirən mühüm siyasi sənəd olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəartan nüfuzunu Mərkəzi Asiya ilə əlaqələrinindinamik inkişafını aydın şəkildə əks etdirir.

Mələk Mahmudlu,
YAP Xətai Rayon Təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button