
Ana dili hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəniirsini yaşadan əsas atributlardan biridir. Azərbaycan xalqının əndəyərli mənəvi sərvəti olan ana dilimiz, həm də millibirliyimizin və kimliyimizin bünövrəsidir. XalqımızınÜmummilli Lideri Heydər Əliyev məhz bu dəyəri əsrlərinsüzgəcindən keçərək gələcək nəsillərə ötürüləcək milli xəzinəkimi qiymətləndirmiş, onun qorunması və inkişafı naminəmühüm tarixi addımlar atmışdır.
1970-ci illərdən etibarən Sovet İttifaqında milli dillərinsıxışdırılması siyasəti güclənmişdi. Belə bir şəraitdə respublikarəhbərlərinin ana dili məsələsini açıq şəkildə gündəmə gətirməsihəm cəsarət, həm də siyasi iradə tələb edirdi. Məhz bu dövrdəAzərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev xalqın millikimliyini qorumaq üçün ən önəmli addımlardan birini atdı. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu qərar təkcə hüquqi akt deyil, milli ruhun və özünüdərkingüclənməsinə xidmət edən simvolik hadisə idi.
Həmin illərdə Ulu Öndərin Azərbaycanın müxtəlif ali təhsil vəmədəniyyət ocaqlarında ana dilində çıxış etməsi, onu yalnızünsiyyət vasitəsi kimi deyil, milli ideologiyanın dayağı kimitəqdim etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. HeydərƏliyev özü bu addımı illər sonra belə xatırlayırdı: “Bu böyüksensasiya kimi qarşılandı… Dilini sevən, milli ruhla yaşayaninsanlar bunu böyük bir hadisə kimi qəbul etdilər.”
Müstəqil Azərbaycan Respublikasının qurulmasından sonra anadilimizin hüquqi statusunun daha da möhkəmləndirilməsi vəonun dövlət idarəçiliyində, təhsildə və ictimai həyatda genişşəkildə tətbiqi Heydər Əliyevin dil siyasətinin əsas hədəfi oldu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilənKonstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, artıq müstəqil dövlətimizin öz dilinə verdiyi ali dəyərin vədövlətçilik anlayışının mühüm ifadəsi idi.
1998-ci ildən başlayaraq imzaladığı sərəncamlarla Ulu Öndərdilin tətbiqi, tədrisi və inkişafı sahəsində kompleks tədbirlərinhəyata keçirilməsini təmin etdi. 2001-ci ildə imzaladığı “Dövlətdilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və eləhəmin il təsis etdiyi 1 Avqust – Azərbaycan Əlifbası vəAzərbaycan Dili Günü, ana dilimizə verilən yüksək dəyərinparlaq ifadələridir.
Ümummilli Liderin ana dilinə göstərdiyi qayğı vəformalaşdırdığı siyasət bu gün Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar, proqramlarvə fərmanlar nəticəsində Azərbaycan dilinin istifadəsigenişlənmiş, qloballaşma dövrünün çağırışlarına uyğun şəkildəmüasirləşdirilmişdir.
2004-cü ildən başlayaraq latın qrafikasında kütləvi nəşrlərinhəyata keçirilməsi, Milli Ensiklopediyanın nəşrinə startverilməsi, klassik ədəbiyyat nümunələrinin yenidən nəşri busiyasətin əsas tərkib hissələrindəndir. 2013-cü ildə təsdiqedilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanıntələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, eləcə də2018-ci ildə imzalanan “Azərbaycan dilinin saflığınınqorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi iləbağlı tədbirlər haqqında” Fərman bu istiqamətdə görülən işlərinsistemli və davamlı şəkildə aparıldığını təsdiq edir.
Heydər Əliyev dəfələrlə vurğulayıb ki, “dilimiz bizim millisərvətimizdir” və “Azərbaycan dili şeir dilidir”. Bu fikirlər təkcəədəbi deyil, siyasi və ideoloji dəyər daşıyır. Dilimizin saflığınınqorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsiüçün hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yerinəyetirməlidir. Çünki ana dili təkcə ünsiyyət vasitəsi deyil, eynizamanda xalqın ruhunun, tarixinin və gələcəyinin ifadəsidir.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi birbaşa olaraqUlu Öndər Heydər Əliyevin uzaqgörən və prinsipial dilsiyasətinin nəticəsidir. Bu siyasətin bu gün də uğurla davametdirilməsi isə dilimizin gələcəyinə olan inamımızın və millibirliyimizin möhkəm təməlidir.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



