
Ana dili xalqın mübarizə əzmini, min illərin sınağından çıxancəsarətini ortaya qoymağın ən bariz nümunəsidir. Tariximizənəzər saldıqda görürük ki, tarixi sınaqlarımız heç də asanolmayıb. Strateji əhəmiyyətli yerdə yerləşən ölkəmiz hər zamanişğalçı dövlətlərin diqqətini çəkib. Beləcə zaman-zaman işğalaməruz qalarkən milli kimliyimizə, adət-ənənələrimizə, anadilimizə qarşı təcavüzlərə məruz qalmışdıq. Lakin sınaqlarımıznə qədər çətin olubsa, mübarizə əzmimizdə bir o qədər güclüolub. Biz dilimizə, adət-ənənələrimizə, milli kimliyimizə sahibçıxmağı bacarmışıq. Zaman-zaman Ana dilinin inkişafında sünimaneələrlə qarşılaşmışıq. SSRİ tərkibinə qatıldıqdan sonra buproses daha da sürətənmişdi. 70-ci illərin ortalarındanbaşlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasihəyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılmasıprosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana diliməsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Həttamilli respublikaların rəhbərləri də ana dili məsələsini gündəməgətirməkdə aciz idilər. Dövlət dili uğrunda ardıcıl mübarizəaparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi dilimizinqorunması mübarizəsində əhəmiyyətli addım idi. Bütün süniməhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana diliməsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağamüvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparanÜmummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimiyaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütünqüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraqvurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququvermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təminolunur. Müstəqilliyin əsas şərtlərindən biri dövlət dili statusununolmasıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinədövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali SovetininAzərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasınınlayihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsrolunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu ÖndərHeydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyadavermək təklif olunmuşdur: “Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu öndər öznitqlərində dilimizin əhəmiyyətini yüksək qiymətləndirmişdir. “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcəeşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilininnə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeydediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətinmilliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ənincəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Bizmüstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimizkimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycandilini mütləq hakim dil etməliyik.” – Ulu Öndər Heydər Əliyev. Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacibqanunverici təşəbbüslər irəli sürülmüşdür. 1995-ci ildəAzərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlətdilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəlisürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizinAzərbaycan dili adlandırılması dəstəklənirdi. Genişmüzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yoluilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsindəAzərbaycan Respublikasının dövlət dilinin Azərbaycan diliolması öz əksini tapmışdır. Dövlət dilinin tətbiqimüstəqilliyimizin əsas əlamətlərindən biridir. MüstəqilAzərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsnaəhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmandövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündəehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmışsözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanındaDövlət Dil Komissiyası yaradılmışdır. Belə məsələlərdən biri dəAzərbaycan dili gününün təsis edilməsi idi. Ulu Öndərin“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsihaqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər ilavqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan diligünü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilininqloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişafetdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçünəvəzedilməz töhfələrdir. Azərbaycan dilinin dövlət dili olaraqişlədilməsi müstəqil dövlətçiliyinin başlıca əlamətlərindənbiridir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabrtarixində qəbul edilmişdir. Qanuna əsasən AzərbaycanRespublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsiniöz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəniözünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğunolaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlətdili kimi hüquqi statusunu nizamlayır. Dövlət başçısı İlhamƏliyevdə hakimiyyəti dövründə ana dilimizə xüsusi qayğı vəsevgi göstərmişdir. Çıxışlarında ana dilinin əhəmiyyətini, vacibliyini dəfələrlə qeyd etmişdir. “Azərbaycan dilininqorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindənAzərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Sonvaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilindəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunmasıməsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların daöhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də özçıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçünçağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqilmövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə həril Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günükimi qeyd olunur.” Bugün hər bir Azərbaycan vətəndaşışanslıdır ki, öz ana dilindən sevgi, qürur ilə bəhs edir. Dəyərlərimiz bizdən sonrakı nəsillərə ana dilimizin gözəlllikləriilə ötürülür.Dilimizin zənginliyi, rəngarəngliyi xalqımızınqüdrətinin simvoluna çevrilib.
Güləsər İbrahimova,
YAP Xəzər rayon təşkilatının gənc fəalı



