AnalitikaGündəmSiyasət

Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir

Azərbaycan milli mətbuatının tarixi xalqımızın milli oyanışı, maariflənməsi dövlətçilik ənənələrininformalaşması ilə sıx bağlıdır. Mətbuat cəmiyyətin aynası, ictimai fikrin formalaşmasının əsas vasitələrindən biriolmaqla yanaşı, milli kimliyin qorunmasında inkişafındada mühüm rol oynamışdır. Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Məhz bu səbəbdən hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.

Əkinçi”dən sonra milli mətbuatın inkişafı yeni mərhələyə qədəm qoymuş, “Ziya”, “Kəşkül“, “Şərqi-Rus”, “Həyat“, “Füyuzat“, “Molla Nəsrəddin”, “İrşad“, “Açıq sözkimi qəzet jurnallar milli düşüncənin formalaşmasına, ana dilinin inkişafına, azərbaycançılıq ideologiyasınıngüclənməsinə mühüm töhfələr vermişdir. Xüsusilə Cəlil Məmmədquluzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı satirik publisistikası ilə cəmiyyətin sosialproblemlərini kəskin şəkildə tənqid edərək cəhalətə, savadsızlığa geriliyə qarşı mübarizə aparmışdır.

Keçmiş SSRİ dövründə Azərbaycanda mətbuat dövlətideologiyasının təsiri altına düşmüş, senzura tətbiqedilmiş, bütün mətbuat orqanları kommunistideologiyasına uyğun fəaliyyət göstərməyə məcburedilmişdir. Buna baxmayaraq, Azərbaycan dilində qəzet jurnalların nəşri davam etdirilmiş, peşəkar jurnalistikaməktəbi formalaşmış çoxlu sayda tanınmış jurnalistyetişmişdir.

Müstəqillik bərpa edildikdən sonra Azərbaycan mətbuatıyeni inkişaf mərhələsinə qədəm qoymuş, müstəqilqəzetlər, televiziya kanalları informasiya agentlikləriyaradılmışır. Müasir demokratik cəmiyyətin əsasgöstəricilərindən biri olan azad, peşəkar məsuliyyətlimətbuat cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır, ictimai rəyin formalaşmasına, vətəndaşların düzgünməlumatlandırılmasına, şəffaflığın hesabatlılığıngüclənməsinə xidmət edir. Bu baxımdan Azərbaycancəmiyyətində demokratik münasibətlərin inkişafı ölkədəazad mətbuatın inkişafı ilə sıx bağlıdır.

Azərbaycanda söz tbuat azadlığının təminolunması milli maraqlara uyğun həyata keçirilən dövlətsiyasətinin mühüm istiqamətlərindən birinə çevrilmiş, xüsusilə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi iləmətbuatın inkişafı üçün hüquqi institusional islahatlarhəyata keçirilmiş, 1998-ci ildə dövlət senzurasının ləğvedilməsi ölkədə azad mətbuatın inkişafında mühüm dönüşnöqtəsi olmuş, media orqanlarının fəaliyyətinin dahasərbəst əsaslarla qurulmasına imkan yaratmışdır. Bu addım Azərbaycanın demokratik inkişaf yolunda mühümnailiyyətlərindən biri hesab edilir.

Demokratik münasibətlərin inkişafında mətbuatın roluyalnız məlumat yaymaqla məhdudlaşmır. Azad media ictimai nəzarət funksiyasını həyata keçirir, cəmiyyətinmüxtəlif təbəqələrinin mövqeyini işıqlandırır, dövlət-vətəndaş dialoqunun güclənməsinə töhfə verir. Eynizamanda, media vətəndaşların hüquqi maariflənməsinə, milli maraqların qorunmasına, vətənpərvərlik ruhununmöhkəmləndirilməsinə cəmiyyətin birlik dəyərlərinintəbliğinə mühüm töhfə verir. Milli mətbuatın inkişafı həm jurnalist peşəsinin nüfuzunun artırılması, media savadlılığının genişləndirilməsi rəqəmsaltransformasiya istiqamətində həyata keçirilən islahatlarlamüşayiət olunur.

150 ildən artıq şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin maarifçilik ideyalarınıyaşadaraqmüasir dövrün çağırışlarına uyğun inkişaf edir. “Əkinçiilə başlanan bu yol bu gün milli maraqlaraxidmət edən, cəmiyyətin tərəqqisinə töhfə verən peşəkarjurnalistikanın əsasını təşkil edir gələcək nəsillər üçünqiymətli tarixi irs olaraq qalır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button