AnalitikaGündəmSiyasət

Milli Mətbuat – İctimai etimadın ünvanı

22 iyul tarixində Azərbaycanda Milli Mətbuat Günü qeydolunur. Bu əlamətdar gün              1875-ci ildə görkəmlimaarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyiƏkinçi qəzetiilə əsası qoyulan Azərbaycan milli mətbuatınınyaranmasının ildönümüdür. “Əkinçiqəzeti yalnız ilk milli mətbuat orqanı kimi deyil, həm xalqın maariflənməsinə, milli şüurun formalaşmasına ictimai fikrin inkişafınaxidmət edən mühüm bir məktəb kimi tarixə düşmüşdür. Məhz həmin gündən etibarən Azərbaycan mətbuatıcəmiyyətin inkişafında fəal iştirak edərək ölkənin ictimai-siyasi həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Tarix boyu Azərbaycan mətbuatı müxtəlif dövrlərdəüzləşdiyi çətinliklərə baxmayaraq, öz əsas missiyasınasadiq qalaraq həqiqətin, maarifçiliyin milli dəyərlərintəbliği istiqamətində mühüm fəaliyyət göstərmişdir. Milli mətbuat cəmiyyətin məlumatlandırılması ilə yanaşı, insanların ictimai proseslərdə fəal iştirakına, milli birlik həmrəyliyin möhkəmlənməsinə, dövlətçilik ənənələrininqorunmasına mühüm töhfələr vermişdir. Mətbuat hər zaman cəmiyyətin aynası olmuş, baş verən hadisələri obyektivşəkildə işıqlandırmaqla ictimai rəyin formalaşmasına təsirgöstərmişdir.

Müasir dövrdə informasiya ən dəyərli resurslardan birinəçevrilmişdir. İnformasiya texnologiyalarının sürətlə inkişafetdiyi bir şəraitdə peşəkar məsuliyyətli medianın roludaha da artmışdır. Operativliklə yanaşı, xəbərin dəqiqliyi, obyektivliyi etibarlılığı cəmiyyət üçün xüsusi əhəmiyyətkəsb edir. Bu baxımdan, milli mətbuat yalnız informasiyayayan vasitə deyil, həm dövlətlə vətəndaş arasındaetibarlı əlaqə yaradan, ictimai etimadı möhkəmləndirənmühüm platformadır.

Azərbaycan dövləti milli mətbuatın inkişafını daimdiqqətdə saxlayır. Son illər media sahəsində həyatakeçirilən islahatlar, jurnalistikanın müasir çağırışlara uyğuninkişafı, rəqəmsal medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyinin gücləndirilməsi bu sahəyəgöstərilən dövlət qayğısının bariz nümunəsidir. Sağlaminformasiya mühitinin formalaşdırılması həm dövlətidarəçiliyinin səmərəliliyinə, həm vətəndaşların düzgünməlumatlandırılmasına xidmət edir.

Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründəinformasiya cəbhəsində üzərinə düşən məsuliyyəti uğurlayerinə yetirdi. Jurnalistlər hadisələri operativ şəkildəişıqlandırmaqla yanaşı, ölkəmizin haqlı mövqeyininbeynəlxalq ictimaiyyətə çatdırılmasına, dezinformasiyayaqarşı mübarizəyə milli həmrəyliyin möhkəmləndirilməsinəmühüm töhfə verdilər. Müharibədən sonrakı dövrdə isəişğaldan azad olunmuş ərazilərdə həyata keçiriləngenişmiqyaslı bərpa yenidənqurma işləri, infrastrukturlayihələri Böyük Qayıdış proqramı barədə ictimaiyyətindolğun məlumatlandırılması medianın əsas fəaliyyətistiqamətlərindən birinə çevrilmişdir.

Bu gün dövlət qurumları ilə media arasında səmərəliəməkdaşlıq cəmiyyətin düzgün məlumatlandırılmasınınvacib şərtlərindən hesab olunur. Açıq informasiya siyasətidövlət qurumlarının fəaliyyətinə ictimai etimadı artırır, şəffaflığın təmin olunmasına vətəndaşlarla sağlamkommunikasiyanın qurulmasına xidmət edir.

Bu baxımdan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi media ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığaxüsusi önəm verir. Agentlik ölkənin su ehtiyatlarınınsəmərəli idarə olunması, içməli su təchizatı kanalizasiyasistemlərinin inkişafı, meliorasiya irriqasiya layihələrininicrası, su infrastrukturunun müasirləşdirilməsi, daşqınlardanmühafizə tədbirləri həyata keçirilən digər strateji layihələrbarədə ictimaiyyətin operativ dolğunməlumatlandırılmasını daim diqqətdə saxlayır. Kütləviinformasiya vasitələri ilə qurulan açıq əməkdaşlıq həyatakeçirilən layihələrin mahiyyətinin cəmiyyətə çatdırılmasına, vətəndaşların məlumatlandırılmasına dövlətlə ictimaiyyətarasında etibarlı informasiya mühitinin formalaşmasınamühüm töhfə verir.

Milli mətbuatın inkişafı Azərbaycanın davamlı inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi cəmiyyətin informasiyatəhlükəsizliyinin təmin olunması baxımından mühüməhəmiyyət daşıyır. Peşəkarlıq, obyektivlik milli maraqlarasadiqlik prinsiplərinə əsaslanan Azərbaycan mediasıbundan sonra da dövlətimizin inkişafına, cəmiyyətimizinmaariflənməsinə milli həmrəyliyin güclənməsinə öztöhfəsini verməyə davam edəcəkdir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütünmedia nümayəndələrini, jurnalistləri söz adamlarınısəmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri həqiqətə xidmət yolunda davamlı müvəffəqiyyətlərarzulayırıq.

Çinarə Nəbiyeva,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button