AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır

İyulun 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, bu şəhər artıq təkcə Qarabağın deyil, həm də beynəlxalq siyasi və informasiya dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sülhün təşviqindəmedianın missiyası: Həqiqətin bərpası etimadınyenidən qurulmasımövzusunda təşkil olunan Forum dünyanın 53 ölkəsindən 160 nümayəndəni, 30 xəbəragentliyini, 60-dan çox media qurumunu 10 beynəlxalqtəşkilatı bir araya gətirdi. Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarını açıq şəkildə cavablandırması isətədbiri qlobal informasiya gündəminin ən mühümhadisələrindən birinə çevirdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ŞuşaQlobal Media Forumunun əsas məqsədi dünyanın müxtəlifölkələrindən gələn media nümayəndələrinə Qarabağbölgəsində baş verən real dəyişiklikləri öz gözləri iləgörmək imkanı yaratmaqdır. Bir neçə il əvvəl xarabalıqlarımüşahidə edən qonaqlar bu gün müasir şəhərlərin, yeniyaşayış məntəqələrinin, bərpa olunan tarixi-mədəniabidələrin Böyük Qayıdış proqramının uğurla həyatakeçirilməsinin şahidinə çevrilirlər. Bu, Azərbaycanınpostmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslıquruculuq siyasətinin beynəlxalq auditoriyaya təqdimedilməsində mühüm əhəmiyyət daşıyır. Dezinformasiya, süni intellekt texnologiyalarının yaratdığı yeni çağırışlar, informasiya manipulyasiyaları və etimad böhranı şəraitində medianın həqiqətin müdafiəçisi kimi çıxış etməsinin vacibliyi xüsusi qeyd edildi. Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, informasiya müharibələriningeniş vüsət aldığı bir dövrdə peşəkar jurnalistika obyektiv informasiya sülhün qorunmasının mühümşərtlərindən biridir.

Prezident İlham Əliyev media nümayəndələrinin suallarını cavablayarkən Azərbaycanın beynəlxalqnəqliyyat-logistika layihələrinə dair baxışı barədə ətraflıməlumat verdi. Dövlət başçısı qeyd etdi ki, son onillik ərzində ölkəmiz coğrafi üstünlüklərini real iqtisadi və geosiyasi imkanlara çevirmək üçün böyük həcmdə infrastruktur layihələri həyata keçirmişdir. Dəmir yolları, avtomobil magistralları, dəniz limanları və logistika mərkəzlərinin yaradılması nəticəsində Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirmiş, xüsusilə son dövrdə Qırmızı dəniz və Hörmüz boğazında yaşanan gərginlik fonunda quru nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artmış və Azərbaycanın bu prosesdə rolu strateji xarakter daşıyır.

Prezident İlham Əliyev çıxışında Avropa təsisatları iləmünasibətlərə toxunaraq bəzi beynəlxalq qurumlarınAzərbaycana qarşı nümayiş etdirdiyi ikili standartlarıtənqid etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanın ərazibütövlüyünü suverenliyini tam bərpa etməsindən sonraölkəmizə qarşı siyasi təzyiq cəhdləri müşahidə olunur. Bununla belə, Azərbaycan milli maraqlarını qətiyyətləmüdafiə edir heç bir xarici təzyiq dövlətimizin müstəqilsiyasət kursunu dəyişdirə bilməz.

Forum çərçivəsində müstəmləkəçilik siyasəti beynəlxalq münasibətlərdə ədalət prinsipləri genişmüzakirə olundu. Prezident İlham Əliyev medianı buməsələlərdə daha prinsipial mövqe nümayiş etdirməyəçağıraraq bildirdi ki, informasiya vasitələri yalnız hadisələriişıqlandırmaqla kifayətlənməməli, eyni zamandabeynəlxalq hüququn pozulmasına, müstəmləkəçiliksiyasətinə insan hüquqlarının tapdalanmasına qarşıhəqiqətin müdafiəçisi olmalıdır. Bu yanaşmaAzərbaycanın son illərdə beynəlxalq platformalardamüdafiə etdiyi ədalətli dünya nizamı konsepsiyasınınmühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında daimi üzvlüklə bağlı suala cavab verərək Azərbaycanın buistiqamətdə prinsipial mövqeyini bir daha diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, Təhlükəsizlik Şurası dahainklüziv daha ədalətli prinsiplər əsasındaformalaşdırılmalıdır. Azərbaycanın QoşulmamaHərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarınınbeynəlxalq qərar qəbuletmə mexanizmlərində dahadolğun təmsil olunması bu siyasətin bariz nümunəsidir.

Forum iştirakçılarının Azərbaycanın sülh təşəbbüsləri iləbağlı suallarını cavablandıran Prezident İlham Əliyevbildirdir ki, ölkəmiz regionda davamlı sülhün əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın ərazi bütövlüyü dövlət suverenliyi tam təmin olunmuş, işğal faktına sonqoyulmuş regionda yeni geosiyasi reallıqlaryaranmışdır. Bu reallıqların qəbul olunması CənubiQafqazda uzunmüddətli sabitliyin əsas şərtlərindən biridir.

Prezident İlham Əliyevin Forum çərçivəsindəsəsləndirdiyi mesajlar Azərbaycanın müstəqil xaricisiyasətinin, sülh təşəbbüslərinin, beynəlxalq əməkdaşlıqstrategiyasının informasiya təhlükəsizliyi sahəsindəbaxışlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasıbaxımından mühüm əhəmiyyət daşıyır. Şuşadan verilənmesajlar həm regionun gələcəyinə, həm beynəlxalqmünasibətlər sistemində həqiqətə etimada əsaslananyeni yanaşmaların formalaşmasına çağırış kimiqiymətləndirilə bilər.

 

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button