AnalitikaGündəmSiyasət

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının yeni mərhələsi

2026-cı il iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri beynəlxalı əhəmiyyətli bir diplomatiya məkanına çevrildi. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada keçirilən görüş, rəsmi qarşılama mərasimi, geniş tərkibli və təkbətək danışıqlar, habelə birgə mətbuat bəyanatı iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu əyani şəkildə nümayiş etdirdi.

Prezident İlham Əliyevin “Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir” sözləri bu münasibətlərin mahiyyətini dəqiq ifadə edir. Görüş zamanı Azərbaycan Prezidenti qeyd etdi ki, ötən il Slovakiyaya rəsmi səfəri zamanı keçirilən müzakirələrin xoş xatirələri hələ də yadındadır və tərəflər fəal dialoqu uğurla davam etdirirlər. Hər iki ölkədən geniş nümayəndə heyətlərinin iştirakı ikitərəfli gündəliyin əhatə dairəsini və birgə fəaliyyət istiqamətlərində əldə olunan irəliləyişləri açıq şəkildə göstərdi.

Slovakiya Prezidentinin görüş üçün Bakı deyil, məhz Şuşanı seçməsi xüsusi əhəmiyyət daşıyır. Pelleqrini vurğuladı ki, “Azərbaycanın dəvətini və görüşü Bakıda yox, Qarabağda, Şuşada keçirmək ideyasını yüksək qiymətləndirir”. O, azad olunmadan sonrakı bir neçə il ərzində burada həyata keçirilmiş genişmiqyaslı bərpa və infrastruktur layihələrindən dərin təəssüratlandığını bildirdi. Bu səfər təkcə diplomatik münasibətlərin deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə və Qarabağda aparılan yenidənqurma işlərinə göstərilən hörmətin bariz ifadəsi oldu.

Enerji sahəsi Azərbaycan-Slovakiya münasibətlərində xüsusi yer tutur. Pelleqrini Azərbaycana Ukrayna ərazisindən Rusiya qazının tranziti dayandırıldıqdan sonra Slovakiya ilə qaz ehtiyatlarını bölüşməyə hazır olduğuna görə təşəkkür etdi. O, nazirlərin 2027-ci ildən sonrakı dövr üçün enerji təchizatında sabit həll yolu tapmaq üçün danışıqları davam etdirəcəklərini bildirdi. Slovakiya Prezidenti Azərbaycanı “regionun sabitliyinin və inkişafının təminatçısı, regional nəqliyyat marşrutlarının və logistika mərkəzlərinin qovuşduğu əsas oyunçu” kimi dəyərləndirdi.

Slovakiya şirkətlərinin Qarabağın bərpasında iştirakı xüsusi qeyd olundu. Pelleqrini bildirdi ki, “Slovakiya şirkətləri də Qarabağın inkişafının bu yeni mərhələsində iştirak edir”. O, bu regionda yalnız iki xarici ölkədən birinin Slovakiya olmasından qürur duyduqlarını vurğuladı. Azərbaycan Prezidenti də Slovakiyalı mütəxəssislərin iştirakının müstəsna əhəmiyyət daşıdığını və slavak şirkəti tərəfindən inşa edilən “ağıllı kənd” layihəsinin güclü əlaqələrin bariz nümunəsi olduğunu qeyd etdi.

Səfər çərçivəsində iyulun 15-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirildi. Pelleqrini birgə layihələrin sayının artırılmasına çağırdı və məqsədlərinin mümkün qədər çox ortaq layihə həyata keçirmək olduğunu bildirdi. O, Azərbaycanla əməkdaşlığın təkcə bəyanatlarla məhdudlaşmadığını, praktiki layihələr vasitəsilə konkret nəticələr verdiyini vurğuladı.

Görüşün humanitar aspekti də diqqətçəkən oldu. Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri – Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar. Bu məqam tarixi ədalətin bərpası və mədəni irsin

Peter Pelleqrininin Şuşa səfəri Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və Qarabağın bərpası kimi sahələrdə konkret nəticələr verdiyini göstərdi. Azərbaycanın regionda sabitlik və inkişafın təminatçısı kimi rolu Slovakiya tərəfindən yüksək dəyərləndirildi. Gələcəkdə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, bərpaolunan enerji və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button