AnalitikaGündəmSiyasət

Azərbaycan–Slovakiya münasibətləri: siyasi dialoqdan strateji tərəfdaşlığa doğru

Azərbaycan Respublikası ilə Slovakiya Respublikasıarasında münasibətlər qarşılıqlı hörmət, etimad bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişafedir. Son illərdə siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, parlamentlərarasıəməkdaşlığın fəallaşması qarşılıqlı səfərlərinartması ikitərəfli münasibətlərin keyfiyyətcə yenimərhələyə yüksəldiyini göstərir. Xüsusilə 2024-cü ildəimzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannaməiki ölkə arasında əlaqələrin gələcək inkişafı üçünmühüm siyasi-hüquqi baza formalaşdırıb.

Azərbaycan Slovakiyanın müstəqilliyini tanıyan ilkdövlətlərdən biri olub. Slovakiya RespublikasıAzərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildətanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə23 noyabr 1993-cü ildə qurulub. Sonrakı dövrdəmünasibətlərin institusional əsasları ardıcıl şəkildəmöhkəmləndirilib. 2019-cu ildə Slovakiyanın Bakıdasəfirliyi fəaliyyətə başlayıb, 2023-cü ildə isəAzərbaycanın Bratislavada səfirliyi təsis edilib. Diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsisiyasi əlaqələrin inkişafına, iqtisadi əməkdaşlığıngenişlənməsinə humanitar münasibətlərindərinləşməsinə mühüm töhfə verib.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının digər yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərimühüm rol oynayır. Prezident İlham ƏliyevinSlovakiyaya səfərləri, Slovakiyanın baş nazirlərinin, parlament rəhbərlərinin xarici işlər nazirlərininAzərbaycana müntəzəm səfərləri iki ölkə arasındasiyasi dialoqun davamlı xarakter aldığını göstərir. Sonillərdə keçirilən görüşlər zamanı əməkdaşlığın yeniistiqamətləri müəyyənləşdirilib, qarşılıqlı maraqdoğuran regional beynəlxalq məsələlər ətrafındageniş fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Slovakiya arasında münasibətlərinmühüm xüsusiyyətlərindən biri onların yalnız siyasidialoqla məhdudlaşmamasıdır. Əməkdaşlıqiqtisadiyyat, energetika, nəqliyyat, sənaye, investisiyalar, kənd təsərrüfatı, elm, təhsil humanitar sahələri əhatə edir. Hər iki ölkə iqtisadiəlaqələrin genişləndirilməsi üçün mövcud potensialdandaha səmərəli istifadə olunmasına xüsusi önəm verir.

İqtisadi əməkdaşlığın inkişafı məqsədilə 2021-ci ildəAzərbaycan Respublikası Hökuməti ilə SlovakiyaRespublikası Hökuməti arasında iqtisadi əməkdaşlıqhaqqında Sazişimzalanıb bu sənədə uyğun olaraqAzərbaycanSlovakiya Birgə İşçi Qrupu yaradılıb. Bumexanizm iqtisadi əlaqələrin sistemli şəkildəinkişafına, biznes dairələri arasında əməkdaşlığıngenişləndirilməsinə qarşılıqlı investisiyalarıntəşviqinə xidmət edir.

Son illərdə ticarət dövriyyəsinin artması daəməkdaşlığın inkişaf dinamikasını göstərən mühümgöstəricilərdən biridir. Azərbaycan Dövlət GömrükKomitəsinin məlumatlarına əsasən, iki ölkə arasındaticarət dövriyyəsi son illərdə artım tendensiyasınümayiş etdirib. Bu dinamika iqtisadi əlaqələringenişləndirilməsi üçün əlavə imkanların mövcudolduğunu göstərir. Bununla yanaşı, tərəflər ticarətinşaxələndirilməsi yeni investisiya layihələrininhəyata keçirilməsi istiqamətində fəaliyyətlərini davametdirirlər.

Enerji sektoru AzərbaycanSlovakiya münasibətlərininəsas istiqamətlərindən biri hesab olunur. AzərbaycanAvropanın enerji təhlükəsizliyinin təmin edilməsindəmühüm rol oynayan etibarlı tərəfdaşdır. Təbii qazixracının artırılması, Cənub Qaz Dəhlizi layihəsi bərpaolunan enerji sahəsində həyata keçiriləntəşəbbüslər Slovakiya üçün xüsusi maraq kəsb edir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi həmikitərəfli münasibətlərə, həm Avropanın enerjitəhlükəsizliyinə mühüm töhfə verir.

Parlamentlərarası əlaqələr münasibətlərininkişafında mühüm yer tutur. Azərbaycan MilliMəclisində AzərbaycanSlovakiya parlamentlərarasıəlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Slovakiyaparlamentində Azərbaycanı əhatə edənparlamentlərarası əməkdaşlıq qrupu mövcuddur. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləriqanunverici orqanlar arasında dialoqun güclənməsinə siyasi münasibətlərin daha da möhkəmlənməsinəxidmət edir.

Son illərdə Azərbaycan ilə Slovakiya arasındahumanitar əməkdaşlıq da inkişaf edir. Təhsil, elm, mədəniyyət turizm sahələrində həyata keçirilənlayihələr xalqlar arasında qarşılıqlı anlaşmanınmöhkəmlənməsinə şərait yaradır. Universitetlərarasıəlaqələrin genişləndirilməsi, tələbə mübadiləsiproqramları mədəni tədbirlər münasibətlərin sosial-humanitar əsaslarını gücləndirən amillər sırasındadır.

Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bərpa yenidənqurma işlərində Slovakiya şirkətlərinin iştirakıda ikitərəfli əməkdaşlığın yeni istiqamətlərindənbiridir. Slovakiya şirkətlərininAğıllı kəndlayihələrində iştirak etməsi Azərbaycanın işğaldanazad olunmuş ərazilərində müasir infrastrukturunqurulmasına innovativ texnologiyaların tətbiqinətöhfə verir. Bu əməkdaşlıq iki ölkə arasındatərəfdaşlığın artıq konkret layihələr vasitəsilə inkişafetdiyini göstərir.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq damünasibətlərin mühüm istiqamətlərindəndir. Azərbaycan Slovakiya BMT, ATƏT digərbeynəlxalq platformalarda qarşılıqlı maraq doğuranməsələlər üzrə dialoqu davam etdirirlər. Tərəflərbeynəlxalq hüququn prinsiplərinə, dövlətlərinsuverenliyi ərazi bütövlüyünə hörmətin vacibliyinidəfələrlə vurğulayıblar.

Azərbaycanın həyata keçirdiyi çoxşaxəli balanslaşdırılmış xarici siyasət Slovakiya iləmünasibətlərin inkişafına da müsbət təsir göstərir. Avropa İttifaqının üzvü olan Slovakiya iləəməkdaşlığın genişlənməsi Azərbaycanın Avropaölkələri ilə əlaqələrinin möhkəmləndirilməsibaxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlıetimada əsaslanan siyasi dialoq praqmatikəməkdaşlıq modeli münasibətlərin gələcək inkişafıüçün əlverişli zəmin yaradır.

Bu gün AzərbaycanSlovakiya münasibətləri stratejitərəfdaşlıq mərhələsinə yüksələrək siyasi, iqtisadi humanitar sahələrdə yeni imkanlar açır. Dövlətbaşçıları arasında formalaşmış səmimi münasibətlər, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəlifəaliyyəti qarşılıqlı maraqlara əsaslanan layihələrinhəyata keçirilməsi ikitərəfli əlaqələrin daha damöhkəmlənəcəyini göstərir. Mövcud əməkdaşlıqmodeli həm Azərbaycan, həm Slovakiya üçünqarşılıqlı fayda yaradır, eyni zamanda Avropa iləCənubi Qafqaz arasında tərəfdaşlığın inkişafınamühüm töhfə verir.

Ülvi Abbasov,
YAP Xətai Rayon Təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button