
Prezident İlham Əliyevin Slovakiya RespublikasınınPrezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəriçərçivəsində Şuşada mətbuata verdiyi bəyanatAzərbaycan–Slovakiya münasibətlərinin hazırkıvəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatəedən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlətbaşçısının vurğuladığı kimi, iki ölkə arasındaformalaşmış əməkdaşlıq qarşılıqlı hörmətə, etimada vəkonkret nəticələrə hesablanmış siyasətə əsaslanır. Sonillər həyata keçirilən yüksək səviyyəli qarşılıqlısəfərlər, imzalanan sənədlər və icra olunan birgəlayihələr tərəfdaşlığın davamlı xarakter aldığınıgöstərir.
Prezident İlham Əliyev bəyanatında əminliyini ifadəetdi ki, Azərbaycan ilə Slovakiya arasındamünasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Bu fikir təsadüfi deyil. Çünki son illərdə ikitərəfliəlaqələrin dinamikası göstərir ki, tərəflər münasibətləriyalnız diplomatik çərçivədə saxlamaq niyyətində deyil, onları real layihələr və uzunmüddətli əməkdaşlıqmexanizmləri ilə daha da möhkəmləndirirlər. Qarşılıqlıetimad və siyasi iradə bu prosesin əsas hərəkətvericiqüvvəsidir.
Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycankonkret nəticələr verən əməkdaşlığın tərəfdarıdır. Məhz bu yanaşma ölkənin xarici siyasətinin əsasprinsiplərindən birini təşkil edir. Azərbaycanbeynəlxalq tərəfdaşlarla münasibətlərdə yalnız siyasibəyanatlarla kifayətlənmir, əldə olunan razılaşmalarınpraktiki müstəvidə həyata keçirilməsinə xüsusi önəmverir. Slovakiya ilə münasibətlər də bu baxımdanuğurlu nümunələrdən biridir. Son illərdə həyatakeçirilən birgə təşəbbüslər, müxtəlif sahələr üzrəgenişlənən əməkdaşlıq və qarşılıqlı maraqlaraəsaslanan layihələr bunu aydın şəkildə təsdiqləyir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsasməqamlardan biri də hər iki ölkənin ikitərəflimünasibətlərə xüsusi əhəmiyyət verməsi oldu. Azərbaycan və Slovakiya arasında siyasi dialoqmüntəzəm xarakter alıb, hökumətlərarası əlaqələrintensivləşib, dövlət qurumları arasında əməkdaşlıqgenişlənib. Bu münasibətlər təkcə dövlət başçılarısəviyyəsində deyil, parlamentlər, hökumət strukturları, iqtisadi qurumlar və biznes dairələri arasında dadavamlı təmaslarla müşayiət olunur. Belə çoxşaxəliəməkdaşlıq münasibətlərin dayanıqlığını təmin edənmühüm amillərdəndir.
Son illərdə yaradılmış güclü tərəfdaşlıq müxtəlifistiqamətləri əhatə edir. İqtisadiyyat, energetika, nəqliyyat, logistika, müdafiə sənayesi, humanitarəlaqələr və innovasiya sahələrində əməkdaşlıqimkanları genişlənir. Azərbaycan Avropa iləəməkdaşlıq siyasətində Slovakiyanı etibarlı tərəfdaşkimi qiymətləndirir, Slovakiya isə AzərbaycanınCənubi Qafqazda mühüm siyasi və iqtisadi aktor kimirolunu yüksək dəyərləndirir. Bu qarşılıqlı yanaşmaəməkdaşlığın davamlı inkişafına əlverişli zəminyaradır.
Prezident İlham Əliyev çıxışında Prezident PeterPelleqrinin Azərbaycanla uzun illərə söykənənəlaqələrinə də xüsusi toxundu. Dövlət başçısı qeyd etdiki, Peter Pelleqrini ölkəmizə ilk dəfə səfər etmir. Əksinə, o, müxtəlif dövlət vəzifələrində çalışdığıdövrlərdə də Azərbaycana səfərlər edib və ikitərəflimünasibətlərin inkişafında yaxından iştirak edib. Bufakt göstərir ki, onun Azərbaycan haqqında məlumatıyalnız rəsmi görüşlərlə məhdudlaşmır, ölkəmizlə bağlıuzunmüddətli siyasi təcrübəyə əsaslanır.
Peter Pelleqrinin parlament sədri və Slovakiyanın Başnaziri kimi Azərbaycana etdiyi səfərlər iki ölkəarasında siyasi dialoqun möhkəmlənməsində mühümrol oynayıb. Müxtəlif dövrlərdə keçirilən görüşlərzamanı iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiyalar, regional sabitlik və digər mühümməsələlər müzakirə olunub. Bu ardıcıl təmaslarsonradan strateji tərəfdaşlığın formalaşmasına mühümtöhfə verib.
Prezident İlham Əliyev xatırlatdı ki, Peter PelleqriniPrezident kimi də Azərbaycana səfər edərək BMT-ninİqlim Dəyişmələri üzrə Tərəflər Konfransında iştirakedib. Bu, Slovakiyanın qlobal iqlim gündəliyindəAzərbaycanın roluna verdiyi önəmin göstəricisiolmaqla yanaşı, beynəlxalq platformalarda iki ölkəarasında əməkdaşlığın inkişaf etdiyini də nümayişetdirir. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi ölkənin artan nüfuzunu və etibarlıtərəfdaş statusunu bir daha təsdiqləyir.
Hazırkı rəsmi səfər isə Azərbaycan–Slovakiyamünasibətlərində yeni mərhələnin başlanğıcı kimiqiymətləndirilə bilər. Səfər çərçivəsində aparılandanışıqlar göstərir ki, tərəflər mövcud əməkdaşlıqistiqamətlərini daha da genişləndirməkniyyətindədirlər. İqtisadi əlaqələrin inkişafı, qarşılıqlıinvestisiyaların artırılması, enerji sahəsində yenilayihələrin həyata keçirilməsi, müdafiə sənayesi vəyüksək texnologiyalar üzrə əməkdaşlığındərinləşdirilməsi bu gündəliyin əsas istiqamətlərinitəşkil edir.
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xaricisiyasət Avropa dövlətləri ilə qarşılıqlı faydalıəməkdaşlığın inkişafına xüsusi önəm verir. Slovakiyailə münasibətlər də bu siyasətin uğurlu nəticələrindənbiridir. Qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq vəortaq maraqlar iki ölkə arasında əlaqələrin daha damöhkəmlənməsinə xidmət edir. Xüsusilə Avropanınenerji təhlükəsizliyi, yaşıl enerji layihələri, nəqliyyatdəhlizlərinin inkişafı və iqtisadi əməkdaşlıq kimisahələrdə Azərbaycan ilə Slovakiyanın maraqları bir-birini tamamlayır.
Münasibətlərin mühüm xüsusiyyətlərindən biri dəonların konkret nəticələrə yönəlməsidir. Azərbaycanxarici siyasətdə praktik əməkdaşlığa üstünlük verir vətərəfdaş ölkələrlə münasibətlərin real iqtisadi, sosial vətexnoloji layihələrlə zənginləşdirilməsinə çalışır. Slovakiya ilə həyata keçirilən birgə təşəbbüslər də buyanaşmanın uğurlu nəticələrini nümayiş etdirir. İmzalanan sənədlərin icrası, dövlət qurumları arasındadavamlı əlaqələr və biznes dairələrinin fəallaşmasıtərəfdaşlığın davamlı inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlərAzərbaycan–Slovakiya münasibətlərinin gələcəyinənikbin baxışın ifadəsidir. Dövlət başçısının vurğuladığıkimi, son illərdə yaradılmış güclü tərəfdaşlıq möhkəmsiyasi iradəyə və qarşılıqlı etimada əsaslanır. Buamillər əməkdaşlığın yeni istiqamətlər üzrəgenişlənməsi üçün əlverişli imkanlar yaradır. Müxtəlifsəviyyələrdə davam edən intensiv təmaslar, ortaqlayihələrin həyata keçirilməsi və beynəlxalqplatformalarda qarşılıqlı dəstək iki ölkə arasındaəlaqələrin uzunmüddətli və dayanıqlı inkişafını təminedən əsas faktorlar kimi çıxış edir.
Azərbaycan ilə Slovakiya arasında formalaşmışmünasibətlər artıq ənənəvi diplomatik əməkdaşlıqçərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinəyüksəlib. Qarşılıqlı etimad, siyasi dialoqun intensivliyivə konkret nəticələrə əsaslanan əməkdaşlıq modeligöstərir ki, bu tərəfdaşlıq gələcək illərdə də yeniməzmun qazanacaq və hər iki ölkənin millimaraqlarına xidmət etməklə yanaşı, Avropa ilə CənubiQafqaz arasında əməkdaşlığın möhkəmlənməsinə dəmühüm töhfə verəcək.
Təranə Paşayeva,
YAP Xətai Rayon Təşkilatının məsləhətçisi



