
Əsası qarşılıqlı hörmət və etimada söykənənAzərbaycan–Slovakiya münasibətləri son illərdədinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezidentİlham Əliyevin Slovakiya Respublikasının PrezidentiPeter Pelleqrinin Azərbaycana səfəri çərçivəsindəiyulun 14-də Şuşada mətbuata verdiyi bəyanat da bumünasibətlərin strateji məzmununun genişləndiyini birdaha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyifikirlər iki ölkə arasında siyasi dialoqunintensivləşdiyini, iqtisadi əməkdaşlığın yeniistiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı etimadaəsaslanan tərəfdaşlığın daha da möhkəmləndiyinigöstərir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Slovakiya ilə Azərbaycan arasında əlaqələr yüksələnxətt üzrə inkişaf edir və yüksək səviyyəli siyasitəmaslar artıq davamlı xarakter alıb. Bu münasibətlərinformalaşması təsadüfi deyil. Hər iki ölkə beynəlxalqhüquqa hörmət, qarşılıqlı maraqların qorunması vəbərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanansiyasət yürüdür. Dövlət başçısı ötən ilin sonundaSlovakiyaya etdiyi rəsmi səfəri məmnunluqlaxatırlayaraq Prezident Peter Pelleqrini tərəfindəngöstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünüifadə etdi. Bu jest diplomatik etiketdən daha çox, ikiölkə rəhbərləri arasında formalaşmış səmimimünasibətlərin göstəricisi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqətçəkən məqamlardan biri də qarşılıqlı səfərlərin vəintensiv dialoqun iki dövlətin əməkdaşlığıgenişləndirmək istiqamətində ortaq siyasi iradəsininümayiş etdirməsi oldu. Dövlət başçısı bildirdi ki, Şuşada keçirilən görüş zamanı geniş spektri əhatə edənməsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu isəonu göstərir ki, Azərbaycan və Slovakiyamünasibətləri artıq yalnız siyasi dialoqlaməhdudlaşmır, iqtisadiyyat, enerji, nəqliyyat, investisiyalar, sənaye, humanitar əməkdaşlıq və digərsahələri də əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinəçevrilib.
Bəyanatda diqqət çəkən digər mühüm məqamnümayəndə heyətlərinin tərkibi ilə bağlı idi. Prezidentİlham Əliyev qeyd etdi ki, nümayəndə heyətləriningeniş və müxtəlif sahələri təmsil etməsi əməkdaşlığınmiqyasını açıq şəkildə nümayiş etdirir. Burada əsasməsələ yalnız müxtəlif istiqamətlər üzrə fikirmübadiləsinin aparılması deyil, eyni zamanda əldəolunan razılaşmaların konkret layihələr və praktikiaddımlarla müşayiət olunmasıdır. Bu yanaşmaAzərbaycanın xarici siyasətində üstünlük verdiyipraqmatik əməkdaşlıq modelinin növbəti təsdiqidir.
İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçüngeniş potensial mövcuddur. Azərbaycanın son illərdəhəyata keçirdiyi iqtisadi islahatlar, əlverişli investisiyamühiti və nəqliyyat-logistika imkanları Slovakiyaşirkətləri üçün də yeni perspektivlər yaradır. Eynizamanda Slovakiyanın sənaye, avtomobil istehsalı, innovasiya və yüksək texnologiyalar sahəsindətəcrübəsi Azərbaycan üçün maraqlı əməkdaşlıqistiqamətlərindən hesab olunur. Prezident İlhamƏliyevin bəyanatında bu sahələr üzrə əməkdaşlığıngenişləndirilməsinə verilən önəm qarşılıqlı iqtisadimaraqların üst-üstə düşdüyünü göstərir.
Enerji sektoru da ikitərəfli əməkdaşlığın prioritetistiqamətlərindən biridir. Azərbaycan Avropanın enerjitəhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşkimi öz mövqeyini daha da möhkəmləndirib. Təbii qazixracının artırılması, Cənub Qaz Dəhlizinin uğurlufəaliyyəti və bərpaolunan enerji layihələrinin həyatakeçirilməsi ölkəmizin bu sahədə strateji rolunugücləndirib. Slovakiyanın da Avropa İttifaqının üzvükimi enerji təhlükəsizliyi məsələlərinə xüsusi önəmverməsi gələcək əməkdaşlıq üçün əlavə imkanlaryaradır. Bu baxımdan yaşıl enerji, elektrik enerjisininötürülməsi və enerji səmərəliliyi sahələrində birgəlayihələrin həyata keçirilməsi hər iki ölkəninmaraqlarına cavab verir.
Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanatınməhz Azərbaycanın mədəniyyət paytaxtındasəsləndirilməsi də xüsusi siyasi və simvolik mənadaşıyır. İşğaldan azad olunmuş Şuşa bu gün beynəlxalqgörüşlərə ev sahibliyi edən mühüm diplomatik məkanaçevrilib. Xarici dövlət başçılarının və beynəlxalqnümayəndə heyətlərinin Şuşaya səfərləri Azərbaycanınbölgədə həyata keçirdiyi bərpa-quruculuq prosesinəbeynəlxalq marağın artdığını göstərir. Bu səfərlər eynizamanda Azərbaycanın suverenliyinin və ərazibütövlüyünün beynəlxalq səviyyədə qəbul olunmasınınnövbəti göstəricisidir.
Şuşada keçirilən görüş zamanı tərəflərin regionaləməkdaşlıq və təhlükəsizlik məsələlərini də müzakirəetməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan CənubiQafqazda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarıkimi çıxış edir. Regionda yeni nəqliyyat vəkommunikasiya layihələrinin reallaşdırılması, iqtisadiinteqrasiyanın genişləndirilməsi və sabitliyinmöhkəmləndirilməsi Avropa dövlətləri üçün də mühüməhəmiyyət daşıyır. Slovakiya ilə bu istiqamətdəaparılan fikir mübadiləsi qarşılıqlı maraqların mövcudolduğunu göstərir.
Münasibətlərin humanitar ölçüsü də diqqətdən kənardaqalmır. Təhsil, elm, mədəniyyət və turizm sahələrindəəməkdaşlığın inkişaf etdirilməsi xalqlar arasındaqarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər vəbirgə layihələr gələcəkdə ikitərəfli münasibətlərinsosial bazasının daha da genişlənməsinə imkan yaradabilər.
Prezident İlham Əliyevin bəyanatında ifadə olunanfikirlər bir daha göstərdi ki, Azərbaycan və Slovakiyaarasında münasibətlər təsadüfi deyil, uzunmüddətlistrateji maraqlara əsaslanır. Qarşılıqlı səfərlər, siyasidialoqun intensivliyi, iqtisadi və enerji sahəsindəəməkdaşlığın genişlənməsi, eləcə də beynəlxalqplatformalarda səmərəli tərəfdaşlıq bu əlaqələringələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Şuşada səsləndirilən mesajlar Azərbaycan–Slovakiyamünasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxilolduğunu nümayiş etdirir. İki ölkə rəhbərlərinin siyasiiradəsi, qarşılıqlı etimad mühiti və konkret əməkdaşlıqistiqamətlərinin mövcudluğu gələcəkdə tərəfdaşlığındaha da genişlənəcəyinə əsas verir. Bu əməkdaşlıqyalnız iki dövlətin milli maraqlarına xidmət etmir, eynizamanda Avropa ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və enerji əlaqələrinin möhkəmlənməsinə dəmühüm töhfə verir.
Ənvər Bayramov,
YAP Xətai Rayon Təşkilatının məsləhətçisi



