AnalitikaGündəmSiyasət

Azərbaycanın orta gücə çevrilməsi ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir

Prezident İlham Əliyev IV Şuşa Qlobal MediaForumunda çıxışı zamanı diqqətçəkən məqamlardanbirinə toxunaraq bildirdi ki, Azərbaycanın artıq ortagücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyənrəyi ilə tanışam.” Bu fikir son illərdə Azərbaycanınbeynəlxalq münasibətlər sistemində mövqeyininəhəmiyyətli dərəcədə möhkəmləndiyini, ölkəninregional çərçivəni aşaraq daha geniş geosiyasiproseslərdə təsir imkanlarını artırdığını göstərir. Müasir beynəlxalq münasibətlərdəorta gücanlayışıiqtisadi, siyasi, diplomatik strateji potensialı iləregional qlobal proseslərə təsir göstərə biləndövlətlərə aid edilir. Azərbaycanın əldə etdiyinailiyyətlər bu qiymətləndirmənin təsadüfiolmadığını göstərir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan millimaraqlara əsaslanan balanslaşdırılmış xarici siyasəthəyata keçirərək müxtəlif güc mərkəzləri ilə qarşılıqlıhörmət bərabərhüquqlu əməkdaşlıq münasibətləriformalaşdırıb. Ölkəmiz həm Şərqlə Qərb, həm Şimalla Cənub arasında etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzununyüksəlməsinə, müxtəlif beynəlxalq təşkilatlarda fəaliştirakına mühüm qlobal təşəbbüslərin iştirakçısınaçevrilməsinə imkan yaradıb.

Azərbaycanın orta güc kimi qiymətləndirilməsinin əsassəbəblərindən biri onun enerji sahəsində oynadığıstrateji roldur. Xəzər hövzəsinin zəngin enerjiehtiyatlarının dünya bazarlarına təhlükəsiz şəkildəçatdırılması istiqamətində həyata keçirilən irimiqyaslılayihələr ölkəmizin geoiqtisadi əhəmiyyətini artırıb. Cənub Qaz Dəhlizi, TANAP TAP kimi layihələrsayəsində Azərbaycan Avropanın enerjitəhlükəsizliyində mühüm tərəfdaş statusu qazanıb. Eyni zamanda, yaşıl enerji sahəsində həyata keçirilənlayihələr ölkənin gələcək inkişaf strategiyasınınmühüm istiqamətlərindən birinə çevrilib.

Nəqliyyat logistika sahəsində əldə olunan uğurlar daAzərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsasamillərdəndir. Avropa ilə Asiyanı birləşdirən OrtaDəhliz üzrə daşımaların həcminin artması, BakıBeynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, müasir avtomobil dəmir yolu infrastrukturu ölkənibeynəlxalq yükdaşımaların əsas tranzit mərkəzlərindənbirinə çevirib. Bu layihələr təkcə Azərbaycanın iqtisadimaraqlarına deyil, həm qlobal ticarətinşaxələndirilməsinə nəqliyyat təhlükəsizliyinin təminolunmasına xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənuğurlu daxili siyasət ölkənin beynəlxalq nüfuzununartmasına mühüm töhfə verib. Son illərdəiqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorununinkişafı, rəqəmsallaşma, müasir infrastrukturunyaradılması biznes mühitinin yaxşılaşdırılmasıAzərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırıb. Güclü iqtisadi baza isə xarici siyasətdə daha müstəqilqərarlar qəbul etmək beynəlxalq layihələrdə fəaliştirak etmək üçün möhkəm zəmin yaradıb.

Azərbaycanın regional təhlükəsizlik məsələlərindəoynadığı rol da ölkənin orta güc statusunu şərtləndirənmühüm amillərdəndir. Ölkəmiz beynəlxalq hüququnnorma prinsiplərinə əsaslanaraq öz suverenliyini ərazi bütövlüyünü tam bərpa edib. Bununla yanaşı, postmünaqişə dövründə regionda uzunmüddətli sülhün əməkdaşlığın təmin olunması istiqamətində ardıcıltəşəbbüslərlə çıxış edir. Ermənistanla sülhmüqaviləsinin imzalanması, kommunikasiyalarınaçılması iqtisadi əməkdaşlığın genişləndirilməsiAzərbaycanın irəli sürdüyü əsas prioritetlərsırasındadır.

Beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycanın artan nüfuzunun mühümgöstəricilərindəndir. Son illərdə ölkəmiz müxtəlifsiyasi, iqtisadi, humanitar idman tədbirlərini yüksəksəviyyədə təşkil edərək beynəlxalq ictimaiyyətinetimadını qazanıb. Şuşa Qlobal Media Forumunun həril daha geniş iştirakçı auditoriyasını cəlb etməsi Azərbaycanın beynəlxalq dialoq üçün etibarlıplatformaya çevrildiyini nümayiş etdirir. Dünyanınmüxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin media rəhbərlərinin Şuşada bir araya gəlməsiölkəmizin qlobal informasiya məkanında artan rolunungöstəricisidir.

Azərbaycanın humanitar diplomatiyası çoxtərəfliəməkdaşlıq sahəsindəki fəaliyyəti diqqətəlayiqdir. Ölkəmiz mədəniyyətlərarası dialoqun təşviqi, humanitar təşəbbüslərin dəstəklənməsi beynəlxalqəməkdaşlığın genişləndirilməsi istiqamətində mühümlayihələr həyata keçirir. Bu yanaşma Azərbaycanınbeynəlxalq arenada etibarlı məsuliyyətli tərəfdaşkimi qəbul edilməsinə töhfə verir.

Müasir dövrdə orta güc anlayışı yalnız iqtisadi hərbiimkanlarla ölçülmür. Dövlətin diplomatik fəallığı, beynəlxalq təşəbbüslərdə iştirakı, etibarlı tərəfdaş kimitanınması regional sabitliyə verdiyi töhfə bustatusun əsas meyarları hesab olunur. Azərbaycanbütün bu istiqamətlərdə mühüm nəticələr əldə edib. Məhz buna görə beynəlxalq ekspert dairələrindəölkəmizin orta güc statusu ilə bağlı müsbətqiymətləndirmələrin səsləndirilməsi təsadüfi deyil.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal MediaForumunda səsləndirdiyi bu fikir Azərbaycanın sonillərdə keçdiyi inkişaf yolunun obyektivqiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Güclüiqtisadi potensial, müstəqil xarici siyasət, strateji enerji nəqliyyat layihələri, beynəlxalq təşəbbüslərdə fəaliştirak regional sabitliyə verilən töhfələr ölkəmizinbeynəlxalq mövqeyini əhəmiyyətli dərəcədəmöhkəmləndirib. Bütün bunlar Azərbaycanın artıqregional sərhədləri aşan təsir imkanlarına malik, qlobalgündəlikdə söz sahibi olan orta güc dövlətlərindənbirinə çevrildiyini göstərir.

Xədicə Əliyeva,
YAP Xətai Rayon Təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button