
Prezident İlham Əliyev IV Şuşa Qlobal MediaForumunda çıxışı zamanı Azərbaycanın Avropa ŞurasıParlament Assambleyası (AŞPA) ilə münasibətlərinətoxunaraq diqqətçəkən bir məqama xüsusi vurğu etdi: “Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azadedilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiyaaltında olmamışdır“. Bu fikir beynəlxalq təşkilatlarınregiondakı proseslərə münasibəti, onların qərarlarındamüşahidə olunan yanaşmalar və beynəlxalq hüququntətbiqi ilə bağlı mühüm məsələləri gündəmə gətirir.
Uzun illər ərzində Azərbaycan torpaqlarının təxminən20 faizi Ermənistan tərəfindən işğal altındasaxlanılmışdı. BMT Təhlükəsizlik Şurasının işğalçıqüvvələrin qeyd-şərtsiz və dərhal çıxarılmasını tələbedən dörd qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların icrası təmin olunmadı. Bu müddətdəbeynəlxalq təşkilatlar müxtəlif bəyanatlar versələr də, işğal faktının aradan qaldırılması istiqamətində təsirlimexanizmlər işə salınmadı. Azərbaycan isə beynəlxalqhüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiəedir, münaqişənin ədalətli həllini tələb edirdi.
Prezident İlham Əliyevin diqqət çəkdiyi məqam ondanibarətdir ki, torpaqları işğal altında olan Azərbaycanhəmin dövrdə AŞPA tərəfindən heç bir sanksiya iləüzləşməmişdi. Lakin ölkə öz ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etdikdən sonra AssambleyadaAzərbaycana qarşı fərqli yanaşmaların nümayişetdirilməsi rəsmi Bakının haqlı narahatlığına səbəbolub. Dövlət başçısının fikrincə, bu, beynəlxalqtəşkilatların fəaliyyətində ardıcıllıq və obyektivlikprinsiplərinin qorunmasının vacibliyini bir dahagündəmə gətirir.
Azərbaycan hər zaman beynəlxalq hüququnfundamental prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığınahörmət göstərilməsinin tərəfdarı olub. 2020-ci ildə başvermiş 44 günlük Vətən müharibəsi və sonrakıproseslər nəticəsində ölkəmiz öz ərazi bütövlüyünübərpa etdi. Bununla regionda yeni geosiyasi reallıqformalaşdı və postmünaqişə dövrü başlandı. Azərbaycan bu mərhələdə sülh gündəliyini irəli sürərəkErmənistanla münasibətlərin normallaşdırılmasıistiqamətində konkret təşəbbüslərlə çıxış etdi.
Bununla yanaşı, Azərbaycan işğaldan azad edilmişərazilərdə genişmiqyaslı bərpa və yenidənqurmaproqramlarını həyata keçirir. Yeni şəhər və kəndlərinsalınması, müasir yol şəbəkəsinin qurulması, havalimanlarının tikilməsi, enerji və kommunikasiyainfrastrukturunun yaradılması, keçmiş məcburiköçkünlərin doğma yurdlarına qayıdışı ölkənin əsasprioritetləri sırasındadır. Bu proseslər beynəlxalqictimaiyyət tərəfindən də yaxından izlənilir vəQarabağın sürətli inkişafı regionun gələcəkperspektivlərini müəyyənləşdirən əsas amillərdən birihesab olunur.
Prezident İlham Əliyev çıxışında beynəlxalqtəşkilatların bütün dövlətlərə eyni meyarlarlayanaşmasının vacibliyini də vurğuladı. Beynəlxalqmünasibətlər sistemində etimadın qorunması üçünqəbul edilən qərarlar hüquqi prinsiplərə əsaslanmalı, siyasi konyunkturadan asılı olmamalıdır. Əks halda, beynəlxalq institutlara olan inam zəifləyir və onlarınnüfuzu sual altına düşür. Bu baxımdan dövlətbaşçısının səsləndirdiyi fikirlər yalnız Azərbaycanüçün deyil, beynəlxalq hüququn aliliyinin təminolunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Şuşa Qlobal Media Forumunun beynəlxalqjurnalistlərin və ekspertlərin iştirakı ilə keçirilməsi buməsələlərin açıq müzakirəsi üçün əlverişli imkanyaratdı. Prezident İlham Əliyev müxtəlif ölkələrdəngəlmiş media nümayəndələrinin suallarınıcavablandıraraq Azərbaycanın mövqeyini birbaşabeynəlxalq auditoriyaya çatdırdı. Belə dialoq formatıinformasiya mübadiləsinin genişlənməsinə, müxtəlifbaxışların müzakirəsinə və regionda baş verənproseslərin daha obyektiv qiymətləndirilməsinə şəraityaradır.
Azərbaycan bu gün beynəlxalq münasibətlərdəqarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq vəbeynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyəndövlət kimi çıxış edir. Xarici siyasətin əsasprioritetlərindən biri milli maraqların qorunması iləyanaşı, regional sabitliyin və əməkdaşlığınmöhkəmləndirilməsidir. Bu istiqamətdə həyatakeçirilən siyasət ölkənin beynəlxalq nüfuzununartmasına və müxtəlif tərəfdaşlarla əlaqələrininkişafına mühüm töhfə verir.
Prezident İlham Əliyevin AŞPA ilə bağlı səsləndirdiyifikirlər beynəlxalq təşkilatların fəaliyyətindəobyektivliyin və ədalətin qorunmasının vacibliyini birdaha ön plana çıxarır. Dövlətlərin suverenliyinə vəərazi bütövlüyünə eyni yanaşmanın tətbiq olunmasıbeynəlxalq hüququn əsas prinsiplərindən biridir. Azərbaycanın mövqeyi də məhz bu prinsiplərəsöykənir və ölkəmiz bundan sonra da beynəlxalqmünasibətlər sistemində qarşılıqlı hörmətə, ədalətə vəbərabər tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafınatöhfə verməyə davam edəcək.
Təranə Paşayeva,
YAP Xətai Rayon Təşkilatının məsləhətçisi



