Brüssellə fəallaşan dialoq Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin göstəricisidir

Prezident İlham Əliyevin IV Şuşa Qlobal MediaForumunda çıxışı zamanı səsləndirdiyi “Bu ilin birneçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu” fikri Azərbaycan ilə Avropa İttifaqı arasındamünasibətlərin son dövrlərdə dinamik inkişaf etdiyinivə tərəflər arasında siyasi dialoqun daha daintensivləşdiyini göstərən mühüm məqamlardanbiridir. Son aylarda Brüsseldən ölkəmizə yüksəksəviyyəli nümayəndə heyətlərinin səfərləri, keçiriləngörüşlər və aparılan müzakirələr qarşılıqlıəməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsiüçün əlverişli zəmin formalaşdırır.
Azərbaycan uzun illərdir Avropa İttifaqının etibarlıtərəfdaşlarından biri kimi çıxış edir. Qarşılıqlımünasibətlər yalnız enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda nəqliyyat, ticarət, rəqəmsal inkişaf, yaşılenerji, investisiyalar, təhsil və regional təhlükəsizlikkimi bir çox istiqamətləri əhatə edir. Son dövrlərdə baştutan yüksək səviyyəli təmaslar da göstərir ki, tərəflərmövcud əməkdaşlığı daha da dərinləşdirməkdəmaraqlıdır.
Bu il ərzində Avropa İttifaqı rəhbərliyininnümayəndələrinin Azərbaycana səfərlərimünasibətlərin yeni mərhələyə qədəm qoyduğunutəsdiqləyən mühüm hadisələrdən biri kimiqiymətləndirilir. Qarşılıqlı etimadın möhkəmlənməsi, siyasi dialoqun intensiv xarakter alması və konkretlayihələr üzrə aparılan müzakirələr gələcək əməkdaşlıqüçün geniş perspektivlər açır. Bu görüşlər zamanıenerji təhlükəsizliyi, regional nəqliyyat marşrutları, iqtisadi tərəfdaşlıq və postmünaqişə dövründəyaranmış yeni reallıqlar əsas müzakirə mövzularısırasında olub.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminedilməsində mühüm rol oynayır. Təbii qaz ixracınındavamlı şəkildə artırılması, Cənub Qaz Dəhlizivasitəsilə Avropa bazarlarına etibarlı enerji təchizatı vəbərpaolunan enerji sahəsində həyata keçirilən layihələrölkəmizin strateji əhəmiyyətini daha da yüksəldib. Avropa İttifaqı da Azərbaycanı enerji sahəsindəuzunmüddətli və etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu əməkdaşlıq qarşılıqlı fayda prinsiplərinəəsaslanaraq davamlı şəkildə inkişaf edir.
Bununla yanaşı, Azərbaycanın yerləşdiyi əlverişlicoğrafi mövqe Avropa ilə Asiya arasında mühümnəqliyyat və logistika qovşağının formalaşmasınaimkan yaradır. Orta Dəhliz üzrə yükdaşımalarınartması, yeni infrastruktur layihələrinin həyatakeçirilməsi və beynəlxalq nəqliyyat marşrutlarınıngenişləndirilməsi Avropa İttifaqının da xüsusi maraqgöstərdiyi istiqamətlərdəndir. Bu baxımdan Brüsselləaparılan dialoq yalnız siyasi münasibətləri deyil, həmdə iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədəgücləndirir.
Prezident İlham Əliyevin forum zamanı qeyd etdiyikimi, Brüsseldən həyata keçirilən mühüm səfərlərAvropa İttifaqının Cənubi Qafqaz regionunda sabitlikvə əməkdaşlığın inkişafına verdiyi önəmi də nümayişetdirir. Azərbaycan bölgədə dayanıqlı sülhün vəiqtisadi inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Postmünaqişə dövründə formalaşan yeni reallıqlarregionda uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlaryaradıb və Avropa İttifaqı da bu proseslərdəkonstruktiv tərəfdaş olmaq niyyətini ifadə edir.
Son aylarda keçirilən görüşlər zamanı yaşıl enerjisahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biri olub. Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusiləkülək və günəş enerjisi sahəsində həyata keçirilən irilayihələr Avropa bazarlarının gələcək enerji tələbatınınödənilməsində mühüm rol oynaya bilər. Buistiqamətdə aparılan danışıqlar ölkəmizin enerjiixracatçısı olmaqla yanaşı, yaşıl enerji istehsalı vəixracı sahəsində də regional liderə çevrilməkpotensialını nümayiş etdirir.
Brüssellə münasibətlərin fəallaşması iqtisadi əlaqələringenişlənməsinə də müsbət təsir göstərir. Avropa İttifaqıAzərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı investisiyaların artırılması, biznes mühitinininkişafı, rəqəmsal iqtisadiyyat və innovasiya sahəsindəəməkdaşlığın genişləndirilməsi hər iki tərəfinmaraqlarına cavab verir. Bu istiqamətdə əldə olunanrazılaşmalar gələcəkdə yeni layihələrin həyatakeçirilməsinə imkan yaradacaq.
Şuşa Qlobal Media Forumunda bu məsələlərinbeynəlxalq media nümayəndələrinin iştirakı iləmüzakirə olunması da xüsusi əhəmiyyət daşıyır. ForumAzərbaycanın xarici siyasət prioritetlərinin, Avropaİttifaqı ilə münasibətlərinin və regional əməkdaşlıqstrategiyasının dünya ictimaiyyətinə birbaşaçatdırılması üçün mühüm platforma rolunu oynayır. Xarici jurnalistlərin suallarının açıq şəkildəcavablandırılması ölkəmizin şəffaf dialoqa və obyektivməlumatlandırmaya verdiyi önəmi bir daha nümayişetdirir.
Prezident İlham Əliyevin “Bu ilin bir neçə ayı ərzindəBrüsseldən bir sıra mühüm səfər oldu” fikriAzərbaycan–Avropa İttifaqı münasibətlərindəmüşahidə olunan müsbət dinamikanın ifadəsidir. Busəfərlər qarşılıqlı etimadın gücləndiyini, əməkdaşlığınyeni sahələri əhatə etdiyini və tərəflərin stratejitərəfdaşlığın inkişafında maraqlı olduqlarını göstərir. Qarşıdakı dövrdə siyasi dialoqun davam etməsi, iqtisadi və enerji əməkdaşlığının daha da genişlənməsi, nəqliyyat və yaşıl enerji layihələrinin reallaşdırılmasıAzərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərindaha da möhkəmlənməsinə xidmət edəcək.
Mələk Mahmudlu,
YAP Xətai Rayon Təşkilatının fəalı



