AnalitikaGündəmSiyasət

Azərbaycan-Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi

Türkmənistan Prezidenti Sərdar BerdiməhəmmədovunAzərbaycana rəsmi səfəri iki qardaş dost ölkəarasında münasibətlərin daha da möhkəmləndirilməsibaxımından mühüm əhəmiyyət daşıyır. Səfərçərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovarasında keçirilən görüşlər ölkələrimizin stratejitərəfdaşlıq münasibətlərinin geniş perspektivlərini birdaha nümayiş etdirdi.

Mətbuata verdiyi bəyanatda Prezident İlham ƏliyevAzərbaycan ilə Türkmənistan arasında siyasi əlaqələrinyüksək səviyyədə olduğunu vurğulayaraq, qarşılıqlıetimad dostluğun əməkdaşlığın əsasını təşkiletdiyini qeyd etdi. Dövlət başçısı bildirdi ki, iki ölkəbeynəlxalq təşkilatlar çərçivəsində bir-birini daimdəstəkləyir regional məsələlərdə oxşar mövqedənçıxış edir.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlığıninkişafına xüsusi diqqət çəkərək ticarət dövriyyəsininartırılması, investisiya layihələrinin genişləndirilməsi nəqliyyat-logistika sahəsində əməkdaşlığıngücləndirilməsinin vacibliyini qeyd etdi. Azərbaycanıntəşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyatdəhlizlərinin Türkmənistan üçün mühüm imkanlaryaratdığı vurğulandı.

Bəyanatda enerji sektorunda əməkdaşlıq məsələləri geniş yer aldı. Xəzər dənizinin hər iki sahilindəyerləşən ölkələrin enerji təhlükəsizliyinin təminolunmasına beynəlxalq bazarlara çıxış imkanlarınıngenişləndirilməsinə töhfə verdiyi bildirildi. Bu sahədəqarşılıqlı fəaliyyətin gələcəkdə daha da genişlənəcəyiqeyd olundu.

Humanitar mədəni əlaqələrin inkişafı da görüşünəsas mövzularından biri oldu. Tarixi, dini mədənibağlarla bir-birinə bağlı olan xalqlarımız arasındamünasibətlərin daha da möhkəmləndirilməsi üçün yenitəşəbbüslərin həyata keçiriləcəyi bildirildi.

Səfər çərçivəsində aparılan danışıqlar əldə olunanrazılaşmalar Azərbaycan-Türkmənistan əlaqələriningələcək inkişafı üçün möhkəm zəmin yaradır. Buəməkdaşlıq regional sabitliyin möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə qarşılıqlımaraqların təmin olunmasına mühüm töhfə verəcəkdir.

Ariz Məmmədov ,
YAP Xətai rayon təşkilatnın fəalı

Oxşar Xəbərlər

Back to top button