
Türkmənistan Prezidenti Sərdar BerdiməhəmmədovunAzərbaycana rəsmi səfəri çərçivəsində keçiriləngörüşlər və aparılan müzakirələr iki ölkə arasındamünasibətlərin daha da inkişaf etdirilməsi baxımındanmühüm əhəmiyyət daşıyır. Səfərin ən önəmlinəticələrindən biri müxtəlif sahələri əhatə edənsənədlərin imzalanması oldu. Bu sənədlər Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yenitərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsibaxımından xüsusi önəm kəsb edir.
İmzalanmış sənədlər siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafınaxidmət edir. Bu razılaşmalar iki ölkənin qarşılıqlımaraqlarını əks etdirməklə yanaşı, regionaləməkdaşlığın möhkəmləndirilməsinə də töhfə verir. Sənədlər Azərbaycan və Türkmənistan arasındamövcud olan yüksək səviyyəli münasibətlərin hüquqibazasının daha da gücləndirilməsinə imkan yaradır.
Səfər zamanı əldə olunan razılaşmalar iqtisadiəməkdaşlığın genişləndirilməsinə xüsusi diqqətinayrıldığını göstərir. Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, nəqliyyat-logistikaimkanlarının genişləndirilməsi və biznes əlaqələrinininkişafı istiqamətində nəzərdə tutulan tədbirlərölkələrimizin iqtisadi potensialından daha səmərəliistifadə edilməsinə şərait yaradacaq.
İmzalanmış sənədlər nəqliyyat və tranzit sahəsindəəməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu danümayiş etdirir. Azərbaycan və Türkmənistan Avropailə Asiyanı birləşdirən mühüm nəqliyyatmarşrutlarında yerləşir. Bu baxımdan nəqliyyatdəhlizlərinin inkişafı, yükdaşımaların artırılması vəlogistika imkanlarının genişləndirilməsi hər iki ölkəninstrateji əhəmiyyətini artırır. Qəbul edilmiş sənədlər buistiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinəxidmət edir.
Enerji sahəsində əməkdaşlıq da imzalanan sənədlərinmühüm istiqamətlərindən biridir. Xəzər hövzəsindəyerləşən iki dövlət enerji təhlükəsizliyinin təminolunmasında və beynəlxalq enerji layihələrinin həyatakeçirilməsində mühüm rol oynayır. Bu sahədə əldəolunan razılaşmalar qarşılıqlı fəaliyyət imkanlarınıgenişləndirərək regional enerji əməkdaşlığınıngüclənməsinə töhfə verəcək.
Humanitar və mədəni əlaqələrin inkişafına yönəlmişsənədlər də xüsusi əhəmiyyət daşıyır. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrindəəməkdaşlığın genişləndirilməsi xalqlarımız arasındaəlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Ortaq tarixə və mənəvi dəyərlərə malik olanAzərbaycan və Türkmənistan xalqları arasındahumanitar əməkdaşlığın gücləndirilməsi gələcəknəsillər üçün də möhkəm dostluq körpüsü yaradacaq.
Səfər çərçivəsində imzalanmış sənədlər bir dahagöstərdi ki, Azərbaycan-Türkmənistan münasibətləriyüksələn xətt üzrə inkişaf edir. Dövlət başçılarınınsiyasi iradəsi və qarşılıqlı etimada əsaslananəməkdaşlıq əlaqələrin daha da genişlənməsi üçünəlverişli zəmin yaradır. İmzalanmış razılaşmalarınuğurlu icrası iki ölkənin iqtisadi inkişafına, regionalsabitliyin möhkəmlənməsinə və xalqlarımızın rifahınınyüksəldilməsinə mühüm töhfə verəcəkdir.
Səlbi Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı



