AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu – Qürur və Zəfər Mənbəyimiz

Bu gün Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfərlərə imza atan Azərbaycan Ordusu ölkəmizin bütün ərazilərində suverenliyimizi tam bərpa etmiş qalib ordudur.

“Bizim ordumuz bizim qürurumuzdur” prinsipi ilə yaşayan Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin ətrafında dəmir yumruq kimi birləşmişdir. Tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyümüzü döyüş meydanında təmin edən şanlı Azərbaycan Ordusu bundan sonra da regionda sülhün, sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından biri olaraq qalacaq, yeni uğurlara və zəfərlərə imza atacaqdır.

Səltənət Möhsünlü ,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button