AnalitikaGündəmSiyasət

Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafı

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycanarəsmi səfəri   Baltikyanı ölkələrlə əlaqələrimizin bugünkü inkişafsəviyyəsinin aydın mənzərəsini yaratdı. Səfərdə məqsəd təbii ki, iki ölkəarasında əlaqələrin daha da inkişaf etdirilməsidir. Hər bir səfər münasibətlərin tarixinə qısa nəzər salmağı bir zərurətə çevirirQeyd edək ki, hər iki ölkə  keçmiş İttifaqın  tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdəiki respublika arasında iqtisadimədəni əlaqələrformalaşmışdır.  SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətləryarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkəarasında diplomatik əlaqələr  1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, buhəm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. LatviyanınAzərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. İki ölkəarasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçünBaltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir

  Latviya Prezidentinin ölkəmizə səfəri Azərbaycan–Latviyamünasibətlərində yeni siyasi dinamikanın formalaşması üçün daha da genişimkanlar açacağına heç bir şübhə doğurmur. Bununla yanaşı, bu səfər qarşılıqlı etimadın möhkəmləndirilməsi, siyasi dialoqun intensivləşdirilməsivə beynəlxalq platformalarda koordinasiyanın gücləndirilməsi baxımındanda mühüm əhəmiyyət kəsb edirdi. Bakıda keçirilən biznes-forum isə iqtisadiəməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar formalaşdırmaqlatərəfdaşlığınikitərəfli əlaqələrin strateji xəttini daha da zənginləşdirdi.Dövlətimizin başçısının Latviya Prezidentinin ölkəmizə səfəriilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan–Latviya münasibətlərindəəməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi baxımından mühümməqamlarla yadda qaldıikitərəfli əlaqələrin gələcək inkişafınınmahiyyətinistrateji yönünü aydın şəkildə ortaya qoydu. Şübhəsiz, bu da Azərbaycan–Latviya münasibətlərində siyasiiqtisadi əməkdaşlığın yeni mərhələsinin formalaşması demək idi. Səfərin iqtisadi tərəfləridiqqətçəkir. Enerji, nəqliyyat-logistikaticarət sahələrində əməkdaşlığıngenişləndirilməsi gündəlikdə əsas mövzulardan biridir. Xüsusilə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Latviyanın da maraq dairəsindədir. Bununla yanaşı, humanitar və mədəni əlaqələrininkişafı da müzakirə olunan istiqamətlər sırasındadır. Təhsil, turizmmədəniyyət sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər. Bu səfər Azərbaycan üçün həm beynəlxalq mövqelərinin gücləndirilməsi, həm də Avropa ölkələri ilə əlaqələrin daha da şaxələndirilməsi baxımındanəhəmiyyətli addım hesab olunur. Ümumilikdə, Latviya PrezidentininAzərbaycana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsibaxımından mühüm mərhələdir.

        Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdəgörüşləri, mətbuata birgə bəyanatları, həmçinin  əlaqələrin inkişafındahüquqi baza rolunu oynayan sənədlərin imzalanması  bütün bu məqamlarabir daha işıq saldıQeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrininkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır.  Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıbSözügedən səfər çərçivəsində  Prezident İlham ƏliyevinLatviya RespublikasınınPrezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasındaimzalanmış bir sıra sənədlərin  mübadiləsi mərasimi oldu. Prezident İlhamƏliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan RespublikasıPrezidentininLatviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər.     Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuatabirgə bəyanatlarında, Azərbaycan-Latviya biznes-forumunda Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar geniş müzakirəedildi. Geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirdi ki, iki ölkə  arasında  çox yaxşı siyasi əlaqələr mövcuddur. Ticarətiqarşılıqlısərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşmaburadaAzərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələlərinəzərdən keçirməliyik. Latviya Prezidenti Edqars Rinkeviçs  Bakıya sonuncu səfərindən 9 il ötdüyünü, həmin səfərin  2017-ci ildə baş tutduğunuönə çəkərək bildirdi ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesabedir.

Mətbuata bəyanatında “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəflimünasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaqsöyləyən dövlət başçısı İlham Əliyev latviyalı həmkarıilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyinmüxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğuladıPrezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasındasülh prosesi haqqında məlumat verərək  iki ölkə  arasında artıq de-faktosülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırdı. O da qeyd edildi ki, həmin  vaxtdan bəri bir çox irəliləyiş olub. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında  AzərbaycanınErmənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərləriningörüşlərinin olduğunu, bununnormal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğuladı. LatviyaPrezidenti Edqars Rinkeviçs bu gün çox müsbət, praqmatik və gələcəyə yönəlmiş müzakirələr apardıqlarını  söyləyərək onu da əlavə etdi ki, ölkəsiAzərbaycanla strateji tərəfdaşdır. Dövlətimizin  başçısı İlham Əliyevi və  Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edən  EdqarsRinkeviçs  bu inamı ifadə etdi kisülh sazişi tezliklə imzalanacaq. Bu, təkcəregion üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq.    LatviyaPrezidentinin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafınaböyük töhfə kimi dəyərləndirilir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışında qeyd etdi ki, müzakirə etdiyimiz bir çoxməsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu güntəşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyardABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.

           Edqars Rinkeviçsin  9 ildən sonra Azərbaycana növbəti səfərinietməsi artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda regiondadünya siyasətində dəyişikliklərin, yeniliklərin baş verdiyi mərhələyə təsadüfedir. Bu səfər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunubir daha təsdiqləyir. İkitərəfli əməkdaşlıq üçüngeniş potensialmövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da humanitar əlaqələrin inkişafına töhfə verir. Ümumilikdə hər bir səfər münasibətlərdəyeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər Azərbaycan-Latviyaəlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır. Tərəflər əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs“Azərbaycan Respublikası PrezidentininLatviya RespublikasıPrezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. “Azərbaycan RespublikasınınDaxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziriVilayət EyvazovLatviyanın daxili işlər üzrə dövlət naziri DimitrijsTrofimovs mübadilə etdilər. “Azərbaycan Respublikasının Kənd TəsərrüfatıNazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasındakənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət BəyannaməsiniAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanınkənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xariciİşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında AnlaşmaMemorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun BayramovLatviyanın xarici işlər naziri Baiba Braze mübadilə etdilər. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya RespublikasınınDövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığıbitkimühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanınkənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının DövlətSərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli ƏməkdaşlıqPlanı”nı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi Guntis Pujats mübadiləetdilər.

Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi
Qasımov Ayməddin

Oxşar Xəbərlər

Back to top button