Ağır xəstəlikdən əziyyət çəkən azyaşlı üçün yardım kampaniyasına ehtiyac var

Azyaşlı Yusifli Camal Yasin oğlu doğuş zamanı baş verən travma nəticəsində ağır dərəcəli serebral iflic xəstəliyindən əziyyət çəkir.
Ailənin verdiyi məlumata görə, uşaq hazırda otura, yeriyə və danışa bilmir. Eyni zamanda görmə qabiliyyəti yoxdur, eşitmə problemi mövcuddur və tez-tez epileptik tutmalar keçirir.
Həkimlərin tövsiyəsinə əsasən, uşağın vəziyyətinin stabilləşməsi üçün mütəmadi reabilitasiya tədbirləri – masaj və xüsusi məşqlər davamlı şəkildə aparılmalıdır. Lakin bu prosedurlar ödənişlidir və bir gününün dəyəri 20 manat təşkil edir.
Ailə bildirir ki, maddi imkanları müalicəni davam etdirməyə kifayət etmir. Müalicə dayandırıldığı halda uşağın səhhətinin daha da ağırlaşma riski var.
Qeyd olunur ki, uşağın müalicəsi ilə bağlı bütün tibbi sənədlər mövcuddur və istəyən şəxslər məlumatları yoxlaya bilərlər.
Azyaşlının müalicəsinə dəstək olmaq istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
📞 Əlaqə: 055 661 37 81
💳 Kart: 4169 7388 5291 6208 (Kapital Bank)



