
07 aprel 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və “27 saylı Yol İstismar idarəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ərazi Partiya Təşkilatının nümayəndələri, partiya fəalları və könüllülər iştirak ediblər.
Aksiya zamanı Ağstafa-Sadıqlı avtomobil yolunun kənarında 250 ədəd müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.












