AnalitikaGündəmSiyasət

Azərbaycan–Gürcüstan strateji əməkdaşlığı regionun iqtisadi inkişafına mühüm töhfə verir

Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində paytaxt Tbilisi şəhərində keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın regionun gələcəyi üçün mühüm rol oynadığını vurğuladı; dövlət başçısı bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri əsasında inkişaf edir və bu münasibətlər təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır;

Cənab Prezident qeyd etdi ki, bu səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və logistika layihələri, həmçinin regional proseslər geniş şəkildə müzakirə olunub və tərəflər bir daha təsdiq ediblər ki, Azərbaycan ilə Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq bundan sonra da daha da möhkəmlənəcək; Cənab Prezident bəyanatında vurğuladı ki, Azərbaycan ilə Gürcüstan illərdir enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirir və bu əməkdaşlıq nəticəsində reallaşdırılan beynəlxalq layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verir, o qeyd etdi ki, regiondan keçən enerji marşrutları, xüsusilə də Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələr iki ölkənin birgə siyasi iradəsi və qarşılıqlı etimadı sayəsində reallaşıb və bu gün həmin layihələr Avrasiyanın enerji xəritəsində mühüm yer tutur; dövlət başçısı həmçinin bildirdi ki, enerji sahəsi ilə yanaşı nəqliyyat və logistika istiqamətində də Azərbaycan ilə Gürcüstan arasında çox uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq nəticəsində regiondan keçən beynəlxalq nəqliyyat dəhlizləri getdikcə daha böyük əhəmiyyət qazanır,

Prezident  İlham Əliyev qeyd etdi ki, Orta Dəhliz kimi tanınan marşrutun inkişafı, həmçinin dəmir yolu və liman infrastrukturlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Avropa ilə Asiya arasında ticarət əlaqələrinin güclənməsinə və region ölkələrinin iqtisadi imkanlarının artmasına xidmət edir; Cənab Prezident vurğuladı ki, Azərbaycan və Gürcüstan bu layihələr vasitəsilə yalnız öz milli maraqlarını deyil, eyni zamanda daha geniş regionun iqtisadi inkişafını da təmin edir və bu baxımdan iki ölkə arasında strateji tərəfdaşlıq modeli beynəlxalq səviyyədə də müsbət nümunə kimi qiymətləndirilə bilər; Cənab Prezident bəyanatında qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasında siyasi münasibətlər də çox yüksək səviyyədədir və dövlətlər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüquq çərçivəsində tanınmış sərhədlərini daim dəstəkləyir,

bu qarşılıqlı dəstək isə iki ölkə arasında etibarlı tərəfdaşlığın əsas sütunlarından biri hesab olunur; dövlət başçısı bildirdi ki, beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan ilə Gürcüstan daim bir-birinə dəstək verir və bu əməkdaşlıq regional və qlobal məsələlərdə ortaq mövqelərin formalaşmasına kömək edir; Cənab Prezident çıxışında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının vacibliyini də xüsusi vurğuladı və qeyd etdi ki, regionun gələcəyi əməkdaşlıq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri üzərində qurulmalıdır, o bildirdi ki, Azərbaycan regionda davamlı sülhün təmin olunmasına böyük əhəmiyyət verir və bütün qonşu dövlətlərlə normal və qarşılıqlı faydalı münasibətlərin qurulmasını dəstəkləyir; Prezident  İlham Əliyev həmçinin bildirdi ki, son illərdə regionda baş verən dəyişikliklər yeni əməkdaşlıq imkanları yaradır və bu imkanlardan istifadə edərək Cənubi Qafqazı sabitlik və inkişaf məkanına çevirmək mümkündür; Cənab Prezident qeyd etdi ki, Azərbaycan və Gürcüstan bu prosesdə mühüm rol oynayan ölkələrdir və iki dövlətin həyata keçirdiyi layihələr regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir; dövlət başçısı vurğuladı ki, iqtisadi əlaqələrin genişlənməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərir və Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır, o qeyd etdi ki, qarşılıqlı investisiyaların artırılması və yeni iqtisadi layihələrin həyata keçirilməsi iki ölkənin biznes dairələri üçün də geniş imkanlar yaradır;

Cənab Prezident əlavə etdi ki, humanitar və mədəni əlaqələr də Azərbaycan–Gürcüstan münasibətlərində mühüm yer tutur və hər iki ölkənin xalqları arasında tarixən mövcud olmuş dostluq əlaqələri bu gün də uğurla davam edir, müxtəlif mədəni layihələr, təhsil proqramları və humanitar təşəbbüslər xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir; Prezident  İlham Əliyev bəyanatında vurğuladı ki, Gürcüstanda yaşayan azərbaycanlı icması iki xalq arasında dostluq körpüsü rolunu oynayır və onların sosial rifahının təmin olunması, mədəni kimliklərinin qorunması istiqamətində görülən işlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir; dövlət başçısı qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən bütün layihələr və təşəbbüslər regionda sülhün, sabitliyin və iqtisadi inkişafın möhkəmləndirilməsinə xidmət edir və bu əməkdaşlıq modeli gələcək illərdə daha da genişlənəcək; Cənab Prezident sonda Gürcüstan rəhbərliyinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və vurğuladı ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və mövcud əməkdaşlıq formatlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, Prezident  İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq gələcək illərdə də uğurla davam edəcək və iki ölkə regional sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində birgə fəaliyyətlərini davam etdirəcəklər.

Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button