
28 mart 2026-cı il tarixində ağstafalı Vətən müharibəsi qəhrəmanı Yusifli Azər Nazim oğlunun doğum günüdür. Bu münasibətilə Böyük Kəsik kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Sonra Azər Yusiflinin ailə üzvləri ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!














