AnalitikaGündəmSiyasət

Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat layihələri və regional əməkdaşlıq sahələrində həyata keçirdiyi təşəbbüslər ölkənin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur

2026-cı il martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasət, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət mərkəzində oldu. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ilə təşkil edilən bu forum dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirdi. Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş və qlobal məsələlərin müzakirəsi üçün mühüm dialoq platforması kimi çıxış etmişdir. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın mürəkkəb geosiyasi vəziyyəti və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər haqqında geniş fikirlər səsləndirdi. Prezident qeyd etdi ki, hazırda dünya yeni bir keçid mərhələsindən keçir və mövcud beynəlxalq sistemdə ciddi transformasiyalar baş verir. Onun sözlərinə görə, beynəlxalq münasibətlər artıq əvvəlki kimi sabit deyil və qlobal səviyyədə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yeni çağırışlar ortaya çıxır. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müasir dünyada dövlətlər arasında etimadın azalması, siyasi qarşıdurmalar və regional münaqişələr qlobal sabitliyə mənfi təsir göstərir. O bildirdi ki, böyük dövlətlər arasında rəqabətin artması beynəlxalq əməkdaşlığın inkişafını çətinləşdirir və bu, dünya miqyasında yeni siyasi gərginliklərin yaranmasına səbəb olur. Prezidentin fikrincə, bu kimi problemlərin aradan qaldırılması üçün dövlətlər arasında dialoq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq daha da gücləndirilməlidir.

Çıxış zamanı dövlət başçısı beynəlxalq hüququn tətbiqi məsələsinə də toxundu. O qeyd etdi ki, bəzi hallarda beynəlxalq hüquq normaları selektiv şəkildə tətbiq olunur və bu, dünya miqyasında ədalət prinsipinin zəifləməsinə gətirib çıxarır. Prezident vurğuladı ki, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalı və bu prinsiplərdən kənara çıxılmamalıdır. Bu yanaşma qlobal təhlükəsizliyin təmin olunması və dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır.  Cənab Prezident İlham Əliyev həmçinin Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən də bəhs etdi. O qeyd etdi ki, Azərbaycan müxtəlif beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm rol oynayır. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat layihələri və regional əməkdaşlıq sahələrində həyata keçirdiyi təşəbbüslər ölkənin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Dövlət başçısı forumun əhəmiyyətinə də xüsusi diqqət çəkdi. O bildirdi ki, Qlobal Bakı Forumu müxtəlif ölkələrdən gələn siyasətçilər və ekspertlər üçün mühüm fikir mübadiləsi platformasıdır. Bu forum vasitəsilə qlobal problemlərin müzakirəsi aparılır və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün yeni ideyalar irəli sürülür. Prezidentin sözlərinə görə, belə tədbirlər müxtəlif baxışların və mövqelərin yaxınlaşdırılmasına kömək edir və dövlətlər arasında dialoqun inkişafına töhfə verir.Çıxışda həmçinin qlobal təhlükəsizlik məsələlərinə də toxunuldu. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, müasir dövrdə münaqişələrin sayının artması və siyasi qarşıdurmaların dərinləşməsi dünya üçün ciddi risklər yaradır. Bu baxımdan dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. O vurğuladı ki, sülh və sabitliyin təmin edilməsi yalnız kollektiv səylər nəticəsində mümkün ola bilər. Cənab Prezident İlham Əliyev çıxışının sonunda beynəlxalq ictimaiyyəti dialoq və əməkdaşlığa çağırdı. O bildirdi ki, müasir dünyanın problemlərini tək bir dövlət və ya təşkilat həll edə bilməz. Bu səbəbdən qlobal problemlərin həlli üçün bütün ölkələrin birgə fəaliyyət göstərməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması vacibdir.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button