
Möhtərəm Prezitentimizin 2026-cı ilin 26 fevralında Xocalı Soyqrımı Memorialının açılışızamanı çıxışında söylədikləri hər bir azərbaycanlınınqəlbində qövr edən hisslərin ,beynində yaşatdığıfikirlərin cavabıdır. Bəli , dünyada çoxsaylı dövlətlərvar ki, zəbt edilmiş torpaqlarını ,xalqının taptalanmışheysiyatını bərpa edə bilməmişdir.
Azərbaycan Respublikasının dövlət başçısınınmüdrik siyasəti, ölkəmizin bütün vətəndaşlarınınsarsılmaz birliyi və əlbətdə ki , şanlı ordumuzunrəşadəti nəticəsində xalqımız dünyanın gözü önündəərazi bütölüyümüzü döyüş meydanında mərdliklətəmin etmişdir. Otuz il xalqımıza ,dövlətimizə qarşıedilmiş qanlı cinayətlərin başında duranların bir çoxututulub mütdəhimlər kürsüsündə otuzdurulmuşdur. Eldə bir məsəl var : ”Arxalı köpək qurd basar”.Əsrlərboyu xarici havadarlarının hərbi, siyasi ,maddiyardımı ilə zaman-zaman tarixi torpaqlarımızı ələkeçirmiş ,türk övladına qənim kəsilmiş bu millətçiqaniçənlər dayanmaq bilməmişlər.
Qeyd edək ki, bəşər tarixində bir çox oxşarlıqlar,yaxud ibrətamiz paralellər mövcutdur. XXI əsrinbirinci rübündə Cənubi Qafqazda baş vermiş buhərbi-siyasi hadisələr bizə əsrlər öncə Sultan IIMehmedin Konstantinopolun fəthindən sonara Troya(indiki Çanaqqala ) qalasının qalıqları önündədüşündüklərini xatırladır. Böyük fateh əsrlər sonar öz əcdadlarının intiqamını almasından məmunluqhissi yaşayırdı.
Biz xoşbəxt xalqıq ki, yağı düşməndən ,intiqamımızsonrakı nəsillərə miras qalmamışdır. İki əsrdən artıqbir dövürdən bəri qonşu imperiyaların məkirli əli ilətarixi torpaqlarımıza gətirilmiş bu nankor qatillər XX əsrin sonunda (26 fevral 1992-ci ildə) rus-sovetordusunun köməyi ilə Xocalıda bəşər tarixində çoxnadir hallarda rast olunan kütləvi qətliyamtorətmişlər. Qocaları, qadınları , körpə uşaqlarısoyuqqanlılıqla qətl edən bu cəlladlar xalqımızıngözünü qorxutmaq istəmişlər. Lakin onlar türkoğlunun işgalla ,itaətlə heç vaxt barışmayacagınıunudurdular.
Törətdikləri cinayətlərdən qürurla danışan qanasusamış bu uşaq qatilləri cəzasız qalacaqlarından o dərəcədə əmin idilər ki, “Bakıya gəlib orada çayiçəcəklərinindən” həyasızcasına dəm vurmaqdan beləçəkinmirdilər.
Ancaq hiddət doğuran odur ki, məhkəmə qarşısınaçıxarılan əlləri qana bulaşmış bu seperatçıcinayətkarların müdafiyəsinə qalxmış xarıcihavadarları , heç nə olmamış kimi onlara “əsrlikdəolan mələk” donu geydirməyə çalışırlar. Lakinmüstəqil xarıcı siyasət yürüdən Azərbaycan hökumətiöz xalqının haqlı hüqüqlarını qətiyyətlə müdafiyəetməyi hər şeydən üstün tutur. Bölgənin geosiyasidurumunu dəyişmiş bizim bu şanlı qələbəmizədalətin , haqqın təntənəsədir.
Sonda qeyd edək ki, Soyqırım Abidəsi xalqımızınqan yaddaşı kimi heç vaxt unudulmamalıdır. Gələcəknəsillər xalqımızın tarixinin bu qanlı səhifəsinibədxahlarımıza unudulmaz dərs kimi xatırlatmalıdır.
Bakı Slavyan Universitetinin dosenti Ağakərimov İslam Məmmədhüseyn oglu



