AnalitikaGündəmSiyasət

Xocalıda Memorial Kompleksin açılışı milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətə sadiqliyin təntənəsidir

 

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib.

26 fevral 2026-cı ildə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı vurğulamışdır ki, cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq.

Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü uzun çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin müharibə cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və bunu çatdırmışıq.

Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli və strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır.

Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq, güclü ordu yaratdıq – həm Ordumuzun peşəkarlığını artırdıq, həm də əldə edilən gəlirlər hesabına silah-sursat və texnika aldıq. Hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və işğal dövründə dəfələrlə demişdim ki, hər gün Qələbəni yaxınlaşdırmalıyıq. Və bunu yaxınlaşdırdıq.

Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və müharibəni dayandırdıq. Son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, amma mən bilirdim və əmin idim ki, Azərbaycan xalqı da bunu bilirdi – o gün uzaqda deyil.

2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu, erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.

 

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button