AnalitikaGündəmSiyasət

Xocalı faciəsi: soyqırım, qəhrəmanlıq və milli yaddaş

1992-ci ilin fevral ayında erməni silahlı birləşmələri əvvəlcə Qaradağlı kəndini işğal edərək onu tamamilə yandırıb məhv etdilər və 54 nəfər sakini amansızlıqla qətlə yetirdilər. Bundan sonra növbə strateji mövqeyə malik Xocalı şəhərinə çatdı.  Ermənistan tərəfi Xocalını ələ keçirmədən bütün Dağlıq Qarabağa nəzarət edə bilməyəcəyini bildiyi üçün hücum əməliyyatına böyük hərbi qüvvə və texnika cəlb etmişdi.

Fevralın 25-i axşam saatlarında başlanan hücumda erməni silahlı dəstələri ilə yanaşı, xarici muzdlu döyüşçülər və əsasən erməni zabitlərindən ibarət olan 366-cı motoatıcı alay da iştirak edirdi. Şəhərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı, özünümüdafiə dəstələri azsaylı idi və zirehli texnikadan məhrum idi. Buna baxmayaraq, Azərbaycan döyüşçüləri böyükfədakarlıq göstərdilər.

Xüsusi təyinatlı polis dəstəsinin komandiri Əlif Hacıyev 22 nəfərlik dəstəsi ilə Xocalı hava limanına edilən hücumunqarşısını üç dəfə aldı. Vəziyyət çıxılmaz olduqda dispetçerməntəqəsini partladaraq onu düşmənə təhvil vermədi. O, Xocalının müdafiəsində qəhrəmancasına şəhid olmuş MilliQəhrəman adına layiq görülmüşdür. Digər qəhrəman TofiqHüseynov isə yüzlərlə döyüşçü ilə birlikdə son anda dincsakinlərin bir hissəsinin mühasirədən çıxmasına şərait yaratmış, özü isə döyüşü dayandırmayaraq son nəfəsinədək vuruşmuş Milli Qəhrəman adına layiq görülmüşdür.

Bütün qəhrəmanlıqlara baxmayaraq, fevralın 25-dən 26-na keçən gecə Xocalı tamamilə işğal edildi. Ümummilli liderHeydər Əliyev Xocalı soyqırımını belə qiymətləndirmişdir: “Amansızlığına, vəhşiliyinə, kütləviliyinə törədiləncinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlıq tarixində qaraləkə kimi qalacaq.” O, bu hadisəni təkcə Azərbaycan xalqınadeyil, bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət kimisəciyyələndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrləçıxışlarında Xocalı soyqırımını XX əsrin ən böyükcinayətlərindən biri kimi qiymətləndirmişdir. Prezidentinsözlərinə görə, Xocalı azad olunmadan Azərbaycanın ərazibütövlüyü tam bərpa edilə bilməzdi. Xocalıya ədalət çağırışıhəm beynəlxalq hüquqa, həm tarixi ədalətə əsaslanan haqlıtələb idi bu ədalət 2020-ci ildən başlayaraq döyüşmeydanında təmin olundu.

Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Səkkiz ailətamamilə məhv edilmiş, şəhər yandırılmışdır. İşğal nəticəsindəXocalı şəhəri yerlə-yeksan edilmiş, yaşayış evləri tarixi irsdağıdılmışdır. Şəhər uzun illər xarabalığa çevrilmiş, işğalçılartərəfindən məqsədyönlü şəkildə viran qoyulmuşdur.

Azərbaycanın bu bölgəsi yalnız 2023–2025-ci illərdə həyatakeçirilən qayıdış bərpa siyasəti nəticəsində yenidəndirçəlməyə başlamışdır

Xocalının azad edilməsindən sonra Prezident İlham Əliyevinbölgəyə çoxsaylı səfərləri xüsusi əhəmiyyət daşıyır. 2023–2025-ci illər ərzində Xocalının Çanaqçı, Sığnaq, Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Pirlər, Təzəbinə, Seyidbəyli, Badara, Daşbulaq kəndləri daxil olmaqla geniş ərazilərində bərpa yenidənqurma işlərinə başlanılmışdır. Dövlət Bayrağı həmXocalı şəhərində, həm Əsgəranda ucaldılmışdır.

 2024-cü ildən başlayaraq şəhərə ilk sakinlərin qayıdışı təminolunmuş, çoxmənzilli binalar, sosial obyektlər, elektrik digərkommunikasiya infrastrukturu bərpa edilmişdir. Xocalı havalimanının, sənaye müəssisələrinin kənd təsərrüfatıkomplekslərinin fəaliyyətə başlaması bölgənin tam bərpasına iqtisadi canlanmasına xidmət edir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında daimyaşayacaqdır. Bu faciə heç vaxt unudulmayacaq, şəhidlərinxatirəsi hər zaman dərin ehtiramla anılacaqdır

Bakı Slavyan Universitetinin müəllimi
Leyla Mustafayeva

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button