AnalitikaGündəmSiyasət

Xocalı Həqiqətləri: Yaddaş və Ədalətin Zəfəri

Bəzi tarixlər sadəcə təqvimdə bir gün deyil, yaddaşa yazılmış ağrıdır. Xocalı qətliyamı həmintarixlərdəndir.Tarixi ağrılı səhifələrdən ibarət olduXocalının. 1992-ci ilin 26 fevral gecəsi Xocalı təsəvvüredilə bilməyən faciə ilə üzləşdi. Yüzlərlə günahsızinsan amansız düşmən hücumuna məruz qaldı. Uşaqlar, qadınlar, yaşlılar insanlıqdan uzaq qəddarlıqlahədəf alındı. Həmin gecə Xocalıda baş verənlər təkcəbir şəhərin taleyi olmaqdan çıxıb, Azərbaycanıntarixində dərin bir iz buraxdı. Adi hərbi əməliyyatdeyildi Xocalı soyqırımı. Məqsədli şəkildə mülkiəhaliyə qarşı törədilmiş kütləvi qətliyam idi. Həmingecə insanlıq sınağa çəkildi.

       1992-ci il fevralın 25-dən 26-na keçən gecə başvermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağırsoyqırım siyasətinin ən qanlı səhifələrindən biri kimitarixə yazıldı. Xocalı həqiqətlərini xatırlayıb yaşatmaqədalət insanlıq üçün birlik olmaq deməkdir. “Xocalıya Ədalət!” demək, Xocalı qurbanlarınınxatirəsinə hörmət, gələcək nəsillər qarşısındaməsuliyyətdir. Xocalı faciəsi erməni şovinist-millətçiləritərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraqhəyata keçirilən etnik təmizləmə soyqırımsiyasətinin davamı idi. Həmin dövrdə NaxçıvanMuxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindəişləyən Ümummilli Lider Heydər Əliyev ilk dəfəNaxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanatvermiş, faciəni törədənlərin məsuliyyətə cəlbolunmasını qəti şəkildə tələb etmişdir. Ermənitəcavüzünün qarşısının alınması məqsədilə təcilitədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasınayazılı müraciət etmişdir.

       Daha sonra Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə hər il 26 fevral  “Xocalı soyqırımı günükimi yad olunmasına qərar verildi. Beynəlxalqtəşkilatlara Xocalı həqiqətlərinin çatdırılması,  Xocalısoyqırımına ilk dəfə siyasi qiymət verilməsi Ulu ÖndərHeydər Əliyevin adı ilə bağlıdır.

       Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədəbeynəlxalq ictimaiyyətin dolğun şəkildəməlumatlandırılmasında Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü iləyaradılmışXocalıya ədalət!” beynəlxalqkampaniyasının xüsusi əhəmiyyəti vardır. Bukampaniya Xocalı həqiqətlərinin dünyaya çatdırılmasıüçün bir platformaya çevrildi. “Xocalıya Ədalət!” kampaniyasının məqsədi Xocalı soyqırımı barədəbeynəlxalq ictimaiyyətin məlumatlılığını artırmaq, Xocalı qurbanlarını xatırlamaq bu faciəninunudulmamasını təmin etməkdir.

        İllər keçdi. Azərbaycan xalqı ədalətin bərpaolunacağına inamını heç vaxt itirmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəbu inamın nəticəsi oldu.

       Azərbaycan Respublikasının Prezidenti, MüzəffərAli Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarınınqisası alındı. İşğala son qoyuldu, ölkənin ərazibütövlüyü bərpa edildi.

       Xocalı şəhəri 2023-cü ilin sentyabrındaAzərbaycan Ordusunun Qarabağda keçirdiyi lokalxarakterli antiterror tədbirləri nəticəsindəseparatçılardan təmizləndi. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 15 oktyabrda Xocalı şəhərində AzərbaycanRespublikasının Dövlət Bayrağını ucaltdı. XocalıdaAzərbaycan Bayrağının dalğalanması Xocalı faciəsiqurbanlarının qanının yerdə qalmadığını bir daha bütündünyaya çatdırdı. Bu gün Xocalı qurbanlarının ruhuşaddır.  

         Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin Xankəndi, Xocalı işğaldan azadedilmiş torpaqlarda Dövlət Bayrağını ucaltması tarixiqələbənin suverenliyin rəmzi olaraq tanındı. Bu, ölkənin 30 il davam edən işğaldan sonra öz ərazibütövlüyünü bərpa etməsini, azərbaycanlıların qələbə qürur hissini simvolizə edən an olaraq tarixə yazıldı.

         Dünya ictimaiyyəti bu tarixi addıma özreaksiyasını bildirdi. Xüsusilə Xocalı aeroportundaAzərbaycanın Dövlət Bayrağının ucaldılmasıAzərbaycanın suverenliyi regiondakı dəyişikliklərədoğru addım kimi dəyərləndirildi.  

         Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin işğaldan azad olunmuş torpaqlara hərbir səfəri, Qarabağın bərpası gələcək inkişafı üçünhədəflənən strateji addımların bir hissəsidir. Həyatakeçirilən infrastruktur layihələri, sosial obyektlərintikintisi, tarixi-mədəni irsin qorunması gələcəknəsillərə ötürülməsi istiqamətində görülən işlər, bölgənin gələcək  inkişafının təməlini qoymaqlayanaşı, həm beynəlxalq aləmdə Azərbaycandövlətinin gücünü sülhsevər siyasətini nümayişetdirir. Eyni zamanda Qarabağın gələcəyini daha güclü dayanıqlı etmək baxımından böyük əhəmiyyət kəsbedir.

        Ölkə başçısının işğaldan azad edilmiş torpaqlarahər bir səfəri Qarabağın gələcək inkişafına yönəlmişstrateji siyasətin tərkib hissəsidir. Qarabağın dahagüclü dayanıqlı gələcəyi məhz bu ardıcıl məqsədyönlü siyasət üzərində qurulur.

Bu proses təkcə quruculuq deyil, həmçinin Azərbaycanın gücünü, suverenliyini sülhəəsaslanan siyasətini nümayiş etdirən mühümmərhələdir.

         Bu gün Xocalı yalnız faciə ilə xatırlanmır. Xocalının adı bərpa olunmuş ədalət qazanılmışQələbə ilə birlikdə çəkilir. Xocalıda dalğalanan bayraqsusmayan yaddaşın, sınmayan iradənin qazanılmışQələbənin ifadəsidir.

Məhsəti Məmmədova,
YAP Yasamal rayon “H.B.Zərdabi pr.59”(4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi)ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button