AnalitikaGündəmSiyasət

Azərbaycanın enerji resursları və istifadə metodları

İlk öncə nəzərə alaq ki, ölkəmiz təbii sərvətlər ilə zəngin bir ölkədir. Biz
nəzərə alsaq görərik təbii sərvətlərimizin bir çox hissəsini neft və qaz təşkil edir,
lakin ölkəmiz nə neft ehtiyatları üzrə nə də qaz ehtiyatları cəhətdən dünya da ilk
20-lik də deyildir. Ölkə daxili təlabatdan 4 dəfə daha çox enerji hasil olunur və
bu iki təbbi sərvət ölkənin 98% enerji təchizatını təşkil edir. Bu 30-40 il öncəki
dünya üçün çox gözəl bir göstəricidir. Hal hazır ki dünya üçün bu göstərici
olduqca mənfidir. Mənfi olmasının ən başlıca səbəbi, neft və qaz enerji
mənbələrinin tükənən enerji sektoruna aid olmasıdır. Düzdür ölkəmiz bu gün
böyük ölçüdə əsas enerji mənbələri ilə təmin edir, lakin tükənən enerjilərimiz
bitdikdən sonra?
Dövlət 2030 cü ilə kimi enerji təchizatının 30%-i bərpa olunan enerjiyə
keçirtmək istəyir. Maraqlı məqam budur ki, istiqamətlərdən biri külək
enerjisidir, lakin külək enerjisi olduqca çox təchizat tələb edir. Neft enerjisinin
yerini almaq üçün həddindən artıq çox külək turbinləri lazımdır ki ölkəmiz
böyük bir ölkə deyil və bol küləlli ərazilərimizdə olduqca çox deyil. Bu çox
xərclənən vəsait və çoxlu küləkli boş sahə tələb edir.
Günəş enerjisi potensialı olduqca yaxşıdır özəlliklə bizim ölkəmiz üçün, lakin
unutmayaq ki külək turubinlərindən belə daha çox vəsait tələb edir. Böyük
dövlətlər böyük yatırımlar edib qarşılığını 10- 20 il ərzində götürə bilərlər
amma bizim kimi kiçik dövlətlər bu riskə girməməlidir. Ən doğru metod kaskad
su anbarlarıdır. Bu yolla biz bi deyil bir neçə çatışmazlığımızı aradan
götürəcəyik.
I- Kaskad su elektrik stansiyaları vasitəsi ilə sürətli və yüksək eyni ilə ucuz
enerji əldə edəcəyik
II- Kaskad su elektrik stansiyası həm də ambar rolu oynayır ki, bu vasiyə
nəticəsində bölgələrdəki melorasiyya sistemləri yenidən qurulacaq və
əkin sahələri su ilə təmin olunacaq
III- Qrunt suları canlanacaq və bölgələr səhralaşmadan heyvanlar isə
susuzluqdan qurtulacaq
IV- İçməli su ehtiyaları artacaq və su anbarlarımız canlanacaq
Dünya bazarına çıxarılan enerji mənbələrimizin bir çoxu üçün ölkə daxilində
emal zavodlarının qurulması daha məqsədə uyğun olardı. Çünkü biz bir çox
məhsulu əsasəndə neftimizi xammal formasında xaricə satırıq ki bu da ucuza
başa gəlir. Neft emal zavodları bəli qəbul edirəm çoxlu vəsait tələb edir lakin
inşaatından sonrakı dövrü düşünsək bu vəsaiti əldən çıxarmağa dəyər deyə
düşünürəm. Çünkü əlinizdə bir çox ölkədə olmayan bir sərvət var və siz bunu
yetəri qədər dəyərləndirə bilmirsiniz. Dəyərləndirməyi bacarsanız dünya
bazarında böyük və önəmlimbir yer tutumuş olarsınız.
Daha sonra qeyri-neft sektoruna çıxışınız asanlaşar. Bildiyimiz kimi sonsuza
qədər neft və ya qaz ixrac edə bilmərik. Buna görə də qeyri-neft bazarına çıxış
bizim gələcək 20 il ərzindəki başlıca hədəflərimizdən biri olmalıdır.

Nihat Rzayev,
Xarici dil müəlimliyi
fakultəsinin IV kurs tələbəsi

Oxşar Xəbərlər

Back to top button