Gündəmİdman

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.

Aktualinfo.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu gün Azərbaycan milli komandası da mübarizəyə start verəcək.

Azərbaycanı Olimpiadada fiqurlu konkisürmədə Vladimir Litvintsev, dağ xizəyində Anastasiya Papatoma təmsil edəcək.

Vladimir Litvintsev bu gün yarışa qoşulacaq. Fiqurlu konkisürmə üzrə yarış Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.

Oxşar Xəbərlər

Back to top button